Səhiyyəmizin günü - Ölməyə razıyıq, xəstəxanaya düşməyə yox
2 gün öncə TƏBİB rəhbəri Ramin Bayramlının istefa verməsi xəbərini sadə vətəndaşlar sosial şəbəkələrdə az qala zəfər bayramı kimi qeyd etdilər. Sanki İşğal altına düşmüş səhiyyəmiz işğaldan azad edildi. Əslində dəyişən heç nə yoxdu. Ramin Bayramlı getdi, onunla bərabər səhiyyəmizdəki bütün səhvlər getmədi ki. Oqtay Şirəliev gedəndən sonra guya hər şey güllük -gülüstanlıq olmuşdu? Bu gün problem ayrı ayrı rəhbərlərdə yox, ümumilikdə korrupsiyalaşmış səhiyyə sistemimizdədir. Nə fərqi var kim gedib, kim gəlir. Hamısı əllərindəki var olan proqramla , öncədən açılmış cığırla irəliləyəcəklər.
Problem yalnızca səhiyyə sistemimizlə bitmir. Bir qurumun idarəçiliyini iki və bəzən daha çox idarələrə tapşıranda məsələ içindən çıxılmaz qəliz hal alır, dönüb olur ikibaşlı əjdaha. Hansısa məmur öz əzizinə vəzifə təşkil eləmək istəyən kimi mühüm bir dövlət qurumuna paralel yaradır, əlavə gərəksiz şöbələr açır, qoçların başı bir qazana sığmayanda sistem iflic olur.
Təhsil Nazirliyi Sovet dönəmində bir dənə idi, işini də öz çapında yerinə yetirirdi. İndi İmtahan Mərkəzi ayrı, Tələbə Qəbulu Mərkəzi ayrı, nazirlik ayrı,məktəbəqədər təhsil müəssisələri ayrı, Bakı şəhər təhsil idarəsi ayrı. Mütləq şəkildə hər il ali məktəblərə qəbul imtahanlarında bir yenilik edilir. Heç kim əmin deyil ki, bu ilki qaydalar gələn il işləyəcək.
Və ya maliyyə sistemimizdə. 2017- ci ildə Maliyyə Bazarına Nəzarət Palatası yaradıldı. Bank sektorunu,maliyyə bazarını sağlamlaşdırmaq məqsədilə .Ara yerdə bank bazarı zəiflədildi, axırda palata özü yarasız elan edilidi, səlahiyyəti yenidən qaytarıldı Mərkəzi Banka. Bu bir qədər spesifik sahədir deyə hamını narahat etməyə bilər, amma səhiyyə və təhsil birbaşa hər vətəndaşa aid olan sahədir.
Bu gün istənilən vətəndaşa İTS ilə bağlı sual versən çətin razılıq bildirər. Hər ay maaşımızdan kəsilən vəsait var. Amma almalı olduğumuz xidmət yoxdur. İcbari Tibbi Sığortanın( İTS) xidmət hüquqları özəl xəstəxanalara da verilməlidir. Hər ay sığorta pulunu vaxtı vaxtında boğazından kəsib verən vətəndaşa “ bu xidmət yoxdur, o aparat bizdə yoxdur, bu paketə daxil deyil” kimi min bir bəhanə ilə tibb şousu göstərilməməlidir. Bayramlı getdi , abyram olası deyil , bütün səhvlər getmədi ki, Oqtay Şirəliev gedəndən sonra guya hər şey güllük gülüstanlıq olmuşdu?
Söhbət dövlət xəstəxanalarında olmalı olan texniki təchizat və mütəxəssislərdən, xidmətin keyfiyyətindən gedir. Yaradılmış boşluqdan alverçi düşüncəli həkimlər və idarəçilər öz istədikləri kimi yararlanırlar. İTS sisteminin Azərbaycanda hələ layihəsi hazırlanarkən araşdırılmalıydı, bu paketə nələr daxil ediləcək, xəstənin müalicə və müayinəsi üçün lazım olan avadanlığın hamısı dövlət xəstəxanalarında varmı, kənar ödənişlər olacaqmı? Bu gün təkcə rəhbərlikdə yox, sistemdə nasazlıq var. Həkimin maaşı xəstədən çıxırsa onun pulsuz müalicə edəcəyini nə dərəcədə tələb eləmək olar və o nə qədər bu vəziyyətə dözər? Kovid çarpayılarını, kovid pasportlarının satılması nə ilkdir, nə sonuncu, əksinə indiki şəraitin uzadılmasında maraqlı olan həkimlərimiz var. Ara yerdə kimlərsə qurban edilir, dəyirman bildiyi kimi fırlanır yenə. Əslində bütün resurslar var, sadəcə biz haqqımız olanı kollektiv şəkildə tələb etməyi bacarmırıq hələ. Ramin Bayramlı getdi , həm də özünə ən rahat şəkildə getdi. Yığdığını yığdı, etdiyini etdi, ( daha doğrusu etməli olduqlarını etmədi) gedib indi rahatca xımır-xımır işləmədiyini dişləyəcək. TƏBİB-lə Səhiyyə Nazirliyi arasında qalan yenə bizik. Hərə arabanı öz bildiyi tərəfə dartacaq.
Bu qədər suallar, problemlər varkən aidiyyəti qurumlar susur. Sanki vəzifəyə elə susmaq, kar, kor, lal olmaq üçün təyin olunurlar.
Bu gün səhiyyəmiz elə gündədir ki, insanlar ölməyə razıdırlar, xəstələnməyə yox. Bu qiymət vermək üçün yetərli deyilmi?
Tarix: 14-09-2021, 22:47
-
Dünən, 22:21
Protokol: "Unibank" icra məmurunun tələblərini yerinə yetirməyib - Cərimələnir
-
Dünən, 22:15
Taksilərlə bağlı qərar təxirə düşdü? - AKTUAL
-
Dünən, 22:14
Xarici ölkələrdə istirahət üçün qiymətlər kəskin artdı - Növbəti aylarda...
-
Dünən, 22:12
Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… - Abşeronda narkotiklərə qarşı əməliyyatlar
-
Dünən, 22:09
“Bank of Baku”nun problemli kreditləri 19% artıb – Ən çox şikayət olunan bankdır
-
Dünən, 22:07
"Azərişıq" ASC-nin yarımmilyondan çox vergi vorcu üzə çıxdı
-
Dünən, 22:05
Deputat sayının artması: Proses necə baş verə bilər? - ŞƏRH
-
Dünən, 22:04
Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim"
-
Dünən, 22:01
Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi - Covid peyvəndi yan təsirə malikdir
-
Dünən, 21:58
"Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi - AXI NİYƏ?
-
Dünən, 21:57
"National Prime Hospital"ın BAŞI DƏRDDƏ... - pasiyent maddi ziyanın ödənilməsini tələb edir
-
Dünən, 21:52
Neft Fondu 2 milyard dolları hansı şirkətlərə yatırıb? – Dünyanın ən varlı adamları ilə işbirliyi qurulub
-
Dünən, 21:49
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
-
Dünən, 21:48
"Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ
-
Dünən, 18:33
"Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...
-
Dünən, 18:13
“Azərişıq” ASC-nin tender maxinasiyaları belə ifşa olundu-ŞOK
-
Dünən, 18:12
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - xəstəxana 20 min cərimələndi
-
Dünən, 14:51
Başkəndi başsız sanıb, başından böyük danışanlar – Deputatın rüsvayçı səhvinin səbəbi
-
Dünən, 14:48
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun kimliyi açıqlandı
-
Dünən, 14:45
Daha bir şirkət valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Dünən, 14:41
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!
-
Dünən, 14:02
AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... - FAKT BUDUR!
-
Dünən, 14:01
Rus turistlərin Azərbaycana kütləvi axını başlayır: Hotel qiymətləri BAHALAŞACAQ?
-
Dünən, 13:55
"Leyla Medical Center"də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı - TƏFƏRRÜAT
-
Dünən, 11:24
"MEŞƏ QULDURU" İLQAR QƏRİBOV DƏSTƏSİLƏ ƏHVƏ DÜŞMƏSİ ÜÇÜN MÜKAFAT VƏD EDİB?
-
Dünən, 11:22
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
-
Dünən, 11:03
"Meqastore"də saxta kolbasa satılır? VİDEO
-
Dünən, 10:54
Dövlətdən "oğurlanan" milyonlar və məmur oğlunun dəbdəbəli toyu
-
Dünən, 10:16
Milyonçu Adnan Əhmədzadənin "Rahat market"i işçiləri qula çevirib - Qazidən şok faktlar
-
Dünən, 10:13
AYNA məhkəməyə verildi
{sape_links}{sape_article}