"Səhiyyədə olan problemləri deyirik, məmurlar üzərimizə gəlir" - Tanınmış həkimlə qalmaqallı müsahibə- VİDEO



Pandemiya artıq sona çatır, bunun fonunda əhali arasında bir gərginlik hökm sürür. İnsanlar, “koronovirusa yoluxma və ölüm sayları aşağı düşübsə, niyə hələ də COVİD pasportu, maska tələbi irəli sürülür”, deyə sual edirlər.
Narazılıqlar yalnız bununla bitmir. Son dövrlər xəstəxanalarda tibbi xidmətin aşağı olması ilə bağlı şikayətlər də artıb. İnsanlar bildirirlər ki, hər ay məvaciblərindən  icbari sığorta haqqı hesablanır, amma bunun müqabilində lazım olan tibbi xidmətləri görmürlər. Qeyd etmək yerinə düşər ki, pandemiya dövründə səhiyyədə olan problemlər daha qabarıq şəkildə özünü göstərdi.
Mediada sərt fikirləri ilə yadda qalan tanınmış həkim-radioloq Aydın Əliyevlə söhbət edərək səhiyyə sisteminin bir sıra problemlərindən danışdıq.  Qeyd edək ki, Aydın Əliyev koronovirusa yoluxmuş xəstələrin müalicəsində birbaşa iştirak etmiş, eyni zamanda Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biridir. O, həm də Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin direktorudur.  Musavat.com həmin videomüsahibəni təqdim edir.

Tarix: 21-04-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}