Pandemiya bitir: Koronavirusun özü hara yox olacaq?


Pandemiya başa çatdıqdan sonra koronavirus mövsümi xəstəliyə çevriləcək və ya heyvanlara keçəcək.
Cebhe.info xəbər verir ki, bu barədə xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov TASS-a bildirib.
"İki variant var. Birincisi, qrip kimi mövsümü infeksiyaya çevriləcək, bir yarımkürədən digərinə keçəcək. Bu, cənubdan şimala və əksinə ola bilər və - fəsillər dəyişdikdə baş verər. İkincisi, özünə yeni bir “sahib” tapacaq. Bu halda təbiətdə yenə qalacaq və daha bir yeni, təbii ocaqlı infeksiyaya çevriləcək”, - deyə Jemçuqov bildirib.
Sonuncu varianta misal olaraq ekspert qrip, vəba və Ebola virusunu göstərib.
İmmunoloqun sözlərinə görə, virusun əsas vəzifəsi yaşamaq, bir növ sağ qalmaqdır ki, bu da onu yeni mutasiyalar əldə etməyə sövq edir:
“Onlardan biri bir insanı “vura bildi” və nəticədə COVID-19 pandemiyasına səbəb oldu”.
Tarix: 24-04-2022, 11:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}