Qarpız və yemişi çox yemək hansı təhlükələrə yol açır...

Qarpız və yemişi çox yemək hansı təhlükələrə yol açır...

Qarpız və yemiş xüsusən yay aylarında vazkeçilməz məhsullardır.

Dəqiqələr ərzində bir bütöv qarpızı yeyən insanlar var. Biz hər zaman qarpızın, yemişin faydaları barədə eşitmişik. İndi isə, zərərlərindən söz açaq.
Qarpızın 2 klioqramında təxminən 500 kilokalori var. Bu, çox böyük şəkər yüküdür. Bu kaloriləri dərhal qəbul etməyimiz mümkün deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə dietoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb. Dietoloq qeyd edib ki, bir dəfəyə 200 qramdan çox, gündə isə 800 qramdan çox olmayaraq, qarpız yeyə bilərsiniz.
Solomatina bu məhsulun böyrək daşı olan insanlar üçün təhlükələri barədə də xəbərdarlıq edib. "Əgər insan artıq bir növ sidikqovucu dərman qəbul edirsə, ürək-damar sistemində, mədə-bağırsaq traktında ciddi pozğunluqlar varsa, ehtiyatlı olmaldır”,- deyə o əlavə edib.
Dietoloq Anjelika Duval isə yemişin zərərlərindən danışıb. O, qeyd eidb ki, bu məhsulu mədə xorası və ya şəkərli diabeti kəskinləşən insanlar istehlak etməməlidir.
Mütəxəssis qeyd edib ki, yemiş və qarpızın tərkibində qan şəkərini artıran çoxlu fruktoza şirə var. Həkim xəbərdarlıq edib ki, yemişin tərkibində çox miqdarda şəkər olması da köpə səbəb ola bilər.
"Bundan əlavə, yemiş kifayət qədər ağır məhsuldur və yadda saxlamaq lazımdır ki, o, mədədə deyil, bağırsaqlarda həzm olunur, ona görə də onu başqa qidalarla birlikdə istehlak etmək olmaz",- deyə həkim bildirib.
Duval gün ərzində uşaqlara 200 qramdan çox olmayaraq, böyüklərə 400 qramdan çox olmayaraq yemiş yeməyi tövsiyə edib.
Tarix: 14-08-2022, 10:01




Xəbər lenti

{sape_links}{sape_article}