Həkim səhv etdi... ara yerdə hədələnən jurnalist oldu... - "Digər mötəkirlərin də əli-qolu açılır..."

Həkim səhv etdi... ara yerdə hədələnən jurnalist oldu...
DİA.AZ: - "Əziz xanımlar, siz Allahın xəlq etdiyi şəkildə gözəlsiniz. Özünüzdən hansısa əlavələr edib Allahın “səhvini” (Əstəğfürullah) düzəltməyin. Allah basar gözünüzü çıxarar, Əli aşından da olarsınız, Vəli aşından da. Eynilə bu şəkillərdə gördükləriniz kimi. Bu uğursuz əməliyyatlar Bakıda bir klinikada aparılıb. Şikayətçilərin adını məxfi tutmaq şərtilə sənədlərini də paylaşacağam".

Həkim səhv etdi... ara yerdə hədələnən jurnalist oldu...
Həkim səhv etdi... ara yerdə hədələnən jurnalist oldu...

DİA.AZ qeyd edir ki, bu açıqlama ilə bir neçə gün əbbəl tanınmış jurnalist Heydər Oğuz çıxış etmişdi. Mövzunun aktual olduğu şəkksizdir və elə bu səbəbdən Heydər Oğuzun araşdırması oxucuları tərəfindən səbirsizliklə gözlənilirdi.

Amma buna qədərsə, şəkildəki "qurbanlardan" biri jurnalisti hədələməyə fürsət tapıb. Jurnalist başına gələnləri belə nəql edir:

"Bir müddət əvvəl Bakı klinikalarından birində bir neçə xanımın bədən üzvlərini böyütmək istərkən, “basıb göz çıxaran” cərrahın əl işinin fotolarını paylaşmışdım. İndi bir xanım mənə yazıb ki, onlardan biri mənim şəkilimdir. Onu sil. Xanıma deyirəm ki, ay gözəl insan, həmin şəkildə sənin üzün görünür?
-Yox.
-Əməliyyat olunan yerdən başqa bədən üzvünün digər hissələri necə?
-Yox.
-Adını yazmamışam?
-Yox.
-Bəs bu şəkilin harası sənindir? Şəxsən mən onu sənin yox, səni o günə salan həkimin şəkili kimi paylaşmışam. Onun əl işi kimi.
-Bəli, doğrudur. Amma o həkim mənə söz verdi ki, səni “təmir edib” əvvəlki halına salacağam. Siz isə şəkili paylaşmaqla buna imkan vermirsiniz. Söz verirəm sizə, əgər o məni düz-əməlli “təmir etməsə”, sizə daha dəhşətli şəkillər göndərəcəyəm. Hələlik o şəkilləri silin.
Nə isə, uzun çək-çevirdən sonra xanıma şəkili silə bilməyəcəyimi dedim. Başladı məni təhdid etməyə: - Səni məhkəməyə verəcəyəm. Polisə artıq şikayət etmişəm.
Bir sözlə, deyəsən, Suraxanı rayon Məhkəməsinin hakimi möhtərəm Nərminə xanımı 7-8 ay da belə narahat edəcəyik. Bunlar öz yerində. Mən üzümü burdan əl işini paylaşdığım həkimə tutub deyirəm: o xanımı düz-əməlli "təmir" edin. Yoxsa bu gün mənim üzümə durğuzduğunuz şəxs sabah sizin üzünüzə dirənəcək. Özü də haqlı surətdə.
Azərbaycan məhkəmə sisteminin başbilənlərinə də bir neçə sözüm var. Əsassız və qərəzli hökmlərinizlə jurnalistləri kimlərinsə ayağına verməyin. Digər mötəkirlərin də əli-qolu açılır".
Tarix: 1-08-2023, 09:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}