Müsavat Partiyası razılaşdırılmamış piket keçirib

Müsavat Partiyası razılaşdırılmamış piket keçirib Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası qarşısında piket keçirib.

“Report”un xəbərinə görə, razılaşdırılmamış aksiyanın sonunda Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Səxavət Soltanlı, habelə partiyanın daha iki üzvü polis tərəfindən saxlanılıb.


Xatırladaq ki, partiyanın piketlə bağlı müraciətinə oktyabrın 30-da Bakı Şəhər İcra Hakimiyyətində baxılıb və Müsavat Partiyasının noyabrın 3-də saat 15:00-da BŞİH inzibati binası qarşısında piket keçirilməsinə razılıq verilməyib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Qeyd olunub ki, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır.

Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz hesab edərək yenidən müraciət etsə də, BŞİH-dən cavab ala bilməyib.
Tarix: 3-11-2017, 16:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}