BMT-dəki səsvermədə Bakı doğru etdi – Ukraynadan mesaj

BMT-dəki səsvermədə Bakı doğru etdi – Ukraynadan mesaj Belarusun BMT-də Krımda insan haqları ilə bağlı qətnamənin əleyhinə səs verməsi doğru deyil.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat İrina Geraşenko paylaşıb.

“Rumıniya bizimlə olan gərginliyinə rəğmən qətnaməni müdafiə etdi. Əleyhimizə səs verənlərin əksəriyyəti SSRİ dönəmin Moskva ilə xüsusi münasibətləri olan Afrika və Latın Amerikası ölkələri oldu. Donbasla bağlı sülh danışıqları Minskdə aparılır, amma Belarus bizim əleyhimizə səs verir. Bu ölkə neytral statusa iddia edir. Bəzi MDB ölkələri isə səsvermədə ümumiyyətlə, iştirak etmədilər. Onlar sadəcə zalı tərk etdilər. Bu isə Moskvadan uzaqlaşmaq istiqamətində atılan doğru addım idi”, – deyə o bildirib.

Qeyd edək ki, dünən BMT Baş Assambleyasında Krımın Rusiya tərəfdən işğalı ilə bağlı qətnamə qəbul edilib. Qətnamənin qəbulunun əleyhinə Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistan səs verib. Moldova, Ukrayna və Gürcüstan qətnaməni dəstəkləyib.

Azərbaycan və Türkmənistan isə ümumiyyətlə, səsvermədə iştirak etməyib.
Tarix: 20-12-2017, 15:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}