Deputatxana alimləri - Başarana mandat qurban...

Deputatxana alimləri - Başarana mandat qurban...
Tanınmış politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev Moderator.az-a olduqca maraqlı müəllif yazısı göndərib:

"Son zamanlar bəzi millət vəkilləri AMEA-nın bağlanaraq universitetlər arasında paylanmasını təklifi ilə çıxış edilər. Onları qınamaq fikrim yoxdur, çünki “aşıq gördüyünü çağırar” deyiblər. Belə ki, deputat mandatı adlanan qoşa vərəq sənədi alan kimi, bəzi millət vəkilləri Milli Məclisin “qoşa qanad” binasından ilhamlanaraq alim olmaq eşqinə düşürlər. Etiraf adək ki, bu onlarda çox uğurla alınır. Adam bir seçki müddətində nəinki fəlsəfə doktoru, hətta elmlər doktoru diplomunu belə ala bilir. Başarana mandat qurban....

Amma onların aldıqları maaşlarının miqdarı ilə bağlı söylənən tənqidi fikirlərlə razı deyiləm, çünki həmin pulu dissertasiya işini və məqələləri yazanlara, Elmi Şuralarda onlara kömək edən və müsbət rəy verənlərə, həmin işi təsdiq edərək ona diplom verənlərə xərcləyirlər. Hətta maaş azlıq etdiyinə görə bir az da biznes gəlirlərindən oraya əlavə edirlər. Görün bir deputatın alim olması üçün nə qədər adam əlavə gəlir əldə edir. Siz də deyirsiniz ki, millət vəkilləri xalqa baxmır. Bəs həmin “doktorantın” elmlər doktoru diplomu üçün xərclədiyi vəsait xalqın nümayəndələrinə verilmirmi?

Onlar ilin yarıdan çoxunu ezamiyyətlərdə, məzuniyyətlərdə, daimi iş yerlərində keçirdiklərinə və daha vacib məsələlələ məşğul olduqlarına görə “qızıl kimi” vaxtlarını niyə elmə həsr etməlidirlər? Həmçinin niyə görə onlar ancaq baza ixtisası üzrə elmi dərəcə almalıdırlar? Iştah pulla ölçülür!? Bizim millət çox paxıllıq edir? Nədən tərcüməçi hüquq elmləri doktoru, nədən biznesmen (bizim dildə “alverçi”) iqtisad elmləri doktoru, ginekoloq və filoloq ...... elmlər doktoru olmasın? Əgər əsl alimlərdən fərqli olaraq “deputatxana alimləri” (bu elmdən deputatlığa gələnlərə aid deyil, baxmayaraq ki, bəzi alim deputatlar girdirmə alimlərin düzəldilməsi işini yeni biznes sahəsinə çeviriblər. Bu mövzuya sonra toxunacağıq) həmin diplomu iki dəfədən tez ala bilirlərsə, niyə də olmasın??? Tanrı bu dövləti və milləti alimi-biəməllərdən qorusun. Amin!"
Tarix: 20-12-2017, 22:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}