“Paşinyanın yürütdüyü siyasət Ermənistanı daha da uçuruma sürükləyəcək”


Vahid Əhmədov: “Ermənistan və Dağlıq Qarabağda baş verən proseslər bunu göstərir”




“Paşinyanın yürütdüyü siyasət Ermənistanı daha da uçuruma sürükləyəcək. Ermənistan və Dağlıq Qarabağda baş verən proseslər bunu göstərir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, bu gün Ermənistanda baş verən proseslər bunu bir daha sübut edir:

“Bu gün Ermənistan və Dağlıq Qarabağda baş verən proseslər hər kəsə məlumdur. Həm Ermənistanda, həm də qondarma Dağlıq Qarabağ rejimində ciddi gərginlik, qarşıdurma var. Belə olan təqdirdə Paşinyanın Azərbaycanın ünvanına hansısa təhdid səsləndirməsi qeyri-ciddi görünür. Yaxşı olardı ki, Paşinyan bir az da ölkəsinin düşdüyü vəziyyət haqqında düşünsün”.

 

Seymur Əliyev

Tarix: 11-06-2018, 13:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}