Rusiyanı məhv etməyin yolu tapıldı – 2027-ci ilə qədər HAZIR OLACAQ


Rusiyanı məhv etməyin yolu tapıldı – 2027-ci ilə qədər HAZIR OLACAQ

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) analitikləri Şərqdən artan təhlükə ideyasını gündəmdə saxlamağa davam edirlər. Bununla əlaqədar olaraq, ABŞ-ın yeni silahının hazırlanması ehtiyacı haqqında danışırlar. Söhbət hansı silahdan gedir, amerikalılar Rusiyanı hansı silahla dayandırmağa hazırlaşırlar?

Publika.az Rusiyanın “Gazeta.ru” saytına istinadən xəbər verir ki, hələ “Ordu perspektivi -2010” konseptual sənədin mətnlərində ABŞ ordusuna gələcək müharibə üçün böyük mənzilli yeni yüksək dəqiqlikli silahın lazım olacağı bildirilirdi.

Nəzərdə tutulurdu ki, ABŞ-ın quru qoşunlarının hərbi-texniki təminatına uçuş mənzili artırılmış raketlər, hipersəsli silahlar və artilleriya girəcək. İlk növbədə, Avropa qitəsində Rusiyanın təhdidlərinə qarşı dayanmaq üçün hücum silahlarının yeni vasitələri nəzərdə tutulur.

ABŞ-ın ordu naziri Mark Esper bildirib ki, böyük mənzilli yüksək dəqiqlikli silahlar ABŞ-ın quru qoşunlarının müasirləşdirilməsində prioritet hesab edilir. Bu ilin aprel ayında Mark Esper bəyan edib ki, 2028-ci ilədək Amerika ordusu istənilən müharibədə qalib gələ biləcək səviyyəyə çatacaq. O bildirib ki, 10 ildən sonra ABŞ dünyanın istənilən nöqtəsinə və istədiyi vaxt hərbi kontingent çıxara biləcək. Bundan əlavə, amerikalılar istənilən düşmənlə qələbəyədək döyüşərək eyni zamanda digər ölkələrin və qeyri-nizami hərbi birləşmələrin də qarşısını ala biləcəklər.

Nazirin sözlərinə görə, amerikalılar buna müasir silahların tətbiqi və yeni döyüş taktikasından istifadənin sayəsində nail olacaqlar. Esperin fikrincə, ABŞ hərbi texnikası dağıdıcı qabiliyyətlərinə görə dünyada birinci olacaq.

ABŞ-ın silahlı qüvvələrinin yüksək vəzifəli rəhbərləri hesab edirlər ki, Moskvanın əlində olan yüksək dəqiqlikli taktik, operativ-taktik və strateji ballistik raketlərinin əhəmiyyətli arsenalı nəzərə alınaraq, Rusiya ordusunun NATO-nun şərq sərhədlərində gücləndirilməsi və genişləndirilməsi Avropada ABŞ və Şimali Atlantika İttifaqı üçün xüsusi təhlükə təşkil edir.

“Hətta Almaniyanın Landştule şəhərində yerləşən ABŞ və NATO-nun hərbi hospitalı Rusiya raketlərinin uçuş məsafəsindədir. Rusiyanın raket qoşunları məhz belə məsafədə obyektlərimizi vura bilər. Bizdə hazırda “dərin arxa” kimi anlayış praktik olaraq yoxdur. Avropadakı obyektlərimiz qəflətən rəqibin öldürücü atəşi altında ola bilər”, - ABŞ-ın Quru qoşunlarının yüksək vəzifəli zabitlərindən biri yaranmış vəziyyəti qiymətləndirib.

Pentaqon Avropada Rusiyanı stabilliyi pozan hərəkətlərdə Rusiyanı ittiham edir. İlk növbədə, Ukraynanın cənubi-şərqində gedən münaqişədə Rusiya hərbçilərinin iştirakı göstərilir. Bundan başqa, Pentaqonun versiyasına görə, Moskva orta hərəkət radiuslu ballistik raketlərindən istifadə edərək orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozmaqda davam edir. ABŞ-ın müdafiə naziri Ceyms Mettisin sözlərinə görə, Rusiyanın sözügedən müqaviləni pozması ABŞ-ı gücü daha az olan yeni nüvə silahı yaratmağa vadar edir.

ABŞ-ın silahlanma üzərində nəzarət üzrə assosiasiya Amerika liderlərinin qorxusuna səbəb olan Rusiyanın taktik, operativ-taktik və strateji ballistik raketlərinin uzun siyahısını elan edib. Assosiasiyanın mütəxəssislərinin xüsusi narahatlığı RS-26 “Rubej” raket kompleksi ilə bağlıdır. Amerikalılar onun atış məsafəsini 5800 kilometr qiymətləndirirlər. Nəhayət, uçuş məsafəsi 11000 kilometr olan RT-2PM2 “Topol-M” (NATO-nun təsnifatı üzrə SS-27) qitələrarası ballistik raketlərdən söhbət gedir.

Amerika mütəxəssislərinin fikrincə, Avropada Moskvanın rəqiblərinin obyektlərinin məhv edilməsi üzrə yeni imkanları mükəmməldir. Bundan başqa, ABŞ-ın ekspertlərinin fikrincə, Rusiyanın yeni dağıdıcı silahları hərəkət edən obyektlərı məhv etmək imkanına malikdir. Amerikalıların fikrincə, Moskva GPS texnologiyalarını geniş tətbiq edir və bu, Rusiya qoşunlarına manevr və atəşin aparılması üzrə yeni imkanlar verir.

ABŞ-da LRPF (Long Range Precision Fires — “böyük mənzildə yüksək dəqiqlik atış”) proqramı üzrə silahların birinci nümunələri 2027-ci ilə qədər hazır olmalıdır. Onlar ən azı 500 kilometr məsafədə rəqibin obyektlərini vurmalıdır. Bundan başqa, amerikalı ekspertləri təhrik edirlər ki, istehsalçılar Rusiyanın silahlı qüvvələrinin dünyada ən müasir hava hücumundan müdafiə sisteminə malik olduğunu nəzərə almalıdır.

“Böyük atış məsafəsi və eyni zamanda yüksək dəqiqlik ordu üçün bir nömrəli prioritetdir. Potensial rəqibin Radiolokasiya Stansiyaları və hava hücumundan müdafiə vasitələrini sıradan çıxarmaqla bizim hərbi hava güclərimizin döyüş məsələlərinin icrasını yüngülləşdirəcəyik”, - Mark Esper bildirib.

“Raytheon” və “Lockheed” korporasiyaları yaxın vaxtlarda LRPF proqramı üzrə silahın hazırlanması üçün 116 milyon dəyərində olan ilkin müqaviləni imzalayıb.

Rusiyanın Strategiyalar və Texnologiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makiyenkonun sözlərinə görə, yerli ekspert cəmiyyətində bəzən belə fikir səsləndirilir ki, amerikalılar “İskəndər” raket kompleksinin taktik-texniki xarakteristikalarına yaxınlaşmağa israrla çalışırlar və onlar hələ buna müvəffəq olmurlar. Ancaq, ekspertin sözlərinə görə, Rusiya kompleksinin həm üstünlükləri, həm də çatışmazlıqları var. Ekspert “İskəndər”lərin döyüş tətbiqi təcrübəsinin olmamasını çatışmazlıq kimi göstərir. Makiyenko bildirib ki, döyüşlərdə yüksək effektivliyi silahın müvəffəqiyyətinin ən vacib meyarıdır.

“Hələ ki, nə “İskəndər”, nə də perspektivli Amerika sistemi bununla lovğalana bilmir”, - o vurğulayıb.

Tarix: 12-06-2018, 10:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}