Ermənistan üzərindən gizlin plan üzə çıxdı: Rusiya Qərblə belə razılaşıb - İlginc faktlar
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək konfrans nəyə xidmət edir? Burada Ermənistanın təhlükəsizliyi ilə bağlı hansısa bir razılaşmanın əldə olunacağı iddiaları nə dərəcədə məntiqlidir?
- ABŞ və Avropa Komissiyasının rəhbərliyi Paşinyandan cavab almaq istəyir. Ondan qərbyönümlü siyasətində bəyanatlardan başqa hansısa ciddi addımlar atacağı soruşulacaq. Çünki burada əsas məqsəd görüntü yaratmaqdır. İqtisadi mövzuda Ermənistan tamam fərqli mövqe sərgiləyir. Rusiyanın kurasiyasında olan Avrasiya İqtisadi Birliyindən Ermənistanın ayrılmaq niyyəti yoxdur. Təhlükəsizlik məsələsində isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) başqa erməni tərəfi hansısa addımlar atmır. KTMT Ermənistan üçün əsas təhlükəsizlik zəmanati deyil. Ermənistanın təhlükəsizlik qarantı Rusiya ilə imzalanmış hərbi müttəfiqlik haqqında sazişdir. İki ölkə arasında birgə qoşun birləşməsi mövcuddur. Eyni zamanda dövlətlərin havadan müdafiə sistemi eynidir. Həmçinin Ermənistanın sərhədlərini rus hərbiçiləri qoruyur. Bu gün İrəvandakı Zvartnost hava limanından üzdə olan üç-beş nəfəri çıxarmaqla iş bitmir. İran-Türkiyə sərhəddində Rusiyanın əsgəri dayanır.
- Belə çıxır ki, baş verənlərdən Rusiya daha yaxşı məlumatlıdır...
- İndi elə bir görüntü yaradırlar. İddia edirlər ki, Ermənistan Rusiyadan ayrılıb Qərbə üz tutur. Amma praktiki baxımdan ciddi bir addım atılmayıb. Rusiya ilə Ermənistan arasında olan digər sazişlərin isə mahiyyəti dəyişmir. Paşinyan da 2044-cü ildə qədər bu müqavilələrə əməl olunacağını bildirib. Gümrüdəki 102-ci Rusiya hərbi bazası, Zvartnostdakı 20-ə yaxın rus hərbi təyyarəsi isə hələ öz yerindədidr. Bütün bunlar baş verənlərin görüntü xatirinə edildiyini sübut edir.
- Ermənistanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin qurulması nə dərəcədə real görünür?
- Belə olan halda Avrasiya İqtisadi Birliyi ilə Ermənistan arasındakı əlaqələrin aqibətinin necə olacağı sual doğurur. Çünki bu prosesin hər ikisi eyni vaxtda ola bilməz. Burada gömrük və vergilər, bazara daxil olmaq qaydaları tamam fərqlidir. Ona görə də, fərqli iki ciddi sistemdən biri seçilməlidir. Paşinyan artıq 6 ildir ki, hakimiyyətdədir. O da bu istiqamətdə ciddi addım atmayıb. Ermənistanın bütün bunların fonunda Avropaya istiqamətlənməsindən danışmaq sadəcə olaraq məntiqsizdir. Çünki indiki halda Rusiyanın Ermənistana yardım etmək imkanı yoxdur. Moskvanın da niyyəti odur ki, Ermənistanın iqtisadi himayədarlığını Qərb həyata keçirsin. 5 apreldə də bu mövzular müzakirə olunacaq. Rusiya ilə birlikdə Qərbin Ermənistanı necə himayə etmək məsələsi də gündəmdədir. Qərb və Rusiya arasında bu məsələdə razılaşmanın hansı əsaslara söykənəcəyi məlum olacaq. Aprelin 5-də bu məsələyə qismən də olsa aydınlıq gətiriləcək.
- Qazaxın kəndlərinin təhvil verilməsi ətrafında müzakirələr aktiv fazaya keçib. Bunun fonunda Ermənistan Azərbaycanla şərti sərhəddə hərbi təlimlər adı altında qoşun toplayır...
- İndiki halda hay-küy salan Ermənistandır. Burada məqsəd başqadır. Qərbin bölgəyə gəlişi üçün hansısa əsas yaratmaq niyyətləri var. Rusiyanın bölgədi mövcudluğu fonunda Qərblə Ermənistan arasında hansısa təhlükəsizlik modelinin tətbiq olunması niyyətləri açıqdır. Rusiyanın da sanksiyalardan, izolyasiyalardan çıxmaq üçün Qərblə Ermənistan üzərindən əməkdaşlıq etmək niyyəti var. İkitərəfli niyyət açıq görünür. Ona görə də, Qərblə Rusiya bu məsələdə hansısa razılığa gələcək. Bu, qaçılmaz məsələdir.
- Azərbaycanla bağlı əsas hədəf nədən ibarətdir?
- Ermənistan Rusiya-Qərb arasındakı razılaşmanı Azərbaycandan iddia etdiyi təhlükə ilə bağlamaq istəyir. Onlara edilən əsas köməyin guya ki, əsas hədəfi Azərbaycandan gələn təhlükəni neytrallaşdırmaqdır. Məsələnin mahiyyəti məhz budur. Ona görə də, guya Ermənistanın davranışlarına görə, Rusiya tərəfindən cəzalandırılması ilə bağlı səslənən iddialar nağıldan ibarətdir. Sadəcə Rusiya və Qərb Ermənistanda olan vəzifələrin və nüfuzun bölünməsinə hazırlıq görür. 5 aprel görüşü də bunun bir mərhələsidir. Çünki Ermənistan Rusiyanın himayəsindən çıxmağa hazır deyil. Qərb də Ermənistanın bütün problemlərini öz üzərinə götürməkdə həvəsli görünmür. İndiki vəziyyətin mahiyyəti belədir.
Tarix: 2-04-2024, 11:01
-
Bu gün, 22:49
İrəvanda vəziyyət gərginləşdi - Keşiş Milli Təhlükəsizlik Xidmətinə çağırıldı
-
Bu gün, 22:46
“Azercell”dən abunəçilərinə ŞOK ZƏRBƏ - BAHALAŞMA qərarı verildi...
-
Bu gün, 22:44
BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR? – “Oliqarx məmurlar bazarı inhisara alıblar və...”
-
Bu gün, 22:40
Deputat oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb
-
Bu gün, 22:34
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İsmayılbəyli kəndində keçirilib
-
Bu gün, 22:33
Çindən Rusiya və Belarusa zərbə: Tariflər kəskin qaldırıldı
-
Bu gün, 22:28
Yaşıllıqları məhv etdiyi üçün cərimələnən “Qismət-M Hous” tikinti şirkəti məhkəməyə verildi - İcra başçısınındır?
-
Bu gün, 22:23
Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
-
Bu gün, 22:19
Səfərbərlik Xidmətinin baş zabiti məhkəmə qarşısında
-
Bu gün, 22:17
“AMAY” ticarət mərkəzinin binası piyadalar üçün ölüm saçır - FOTO
-
Bu gün, 22:14
Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...
-
Bu gün, 22:10
Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."
-
Bu gün, 22:08
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı
-
Bu gün, 22:06
Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA
-
Bu gün, 22:04
Nazirliyin adından saxta kampaniya aparılır
-
Bu gün, 21:51
Göyçay peşə liseyində nə baş verir? – rüşvətxor qrupun direktorluq iddiası hansı məqsədlərə xidmət edir!
-
Bu gün, 17:30
Abşeron-Xızı Regional Təhsil İdarəsiindən daha bir qaranlıq tender müqaviləsi...
-
Bu gün, 17:25
“Baku Electronics” satdığı keyfiyyətsiz malı dəyişdirməyib – Cərimələndi
-
Bu gün, 15:33
Milli Məclis bu tarixdə özünü buraxacaq - İDDİA
-
Bu gün, 15:31
Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... / FOTOFAKT
-
Bu gün, 15:27
Bir neçə rayonun icra başçısı dəyişdirilir
-
Bu gün, 15:26
Neftin qiyməti büdcəni “şişirdir”- gəlir hara gedəcək...
-
Bu gün, 15:22
Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO
-
Bu gün, 09:38
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”
-
Bu gün, 07:50
Ürək tutması zamanı niyə çiyinlərimizdə və qollarımızda ağrı hiss edirik?
-
Bu gün, 07:49
Sumqayıt şəhər "Evdə" fərdi təhsil məktəbində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
-
Bu gün, 07:44
Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır...
-
Bu gün, 07:15
Deputat: "Supermarketlərdə yüzlərlə əndrabadi adda araq növləri satılır, qiyməti də 3-4-5-6 manatdır"
-
Bu gün, 07:12
Dəmir barmaqlıqlar arxasında: qanun, “qaydalar” və beynimizi gəmirən qurd - İLGİNC
-
Dünən, 22:10
Uşaq böyütmək niyə ƏZABA çevrilib? - BİZ - valideynlər YAŞAMIRIQ!!! - Sevinc Telmanqızıdan ÜSYAN - VİDEO
{sape_links}{sape_article}