Əliyevin Moskva səfərindən GÖZLƏNTİLƏR - ŞƏRH

Əliyevin Moskva səfərindən GÖZLƏNTİLƏR
Azərbaycan Prezidenti aprelin 22-də Moskvaya səfər edəcək.

Kremldən bildirilib ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Gözlənilən səfəri "Sherg.az"a şərh edən politoloq Oqtay Qasımov deyib ki, keçiriləcək görüş əhəmiyyət daşıyır:

"Rusiya bizim böyük qonşumuzdur və onun bölgəylə əlaqəsi 2 əsrdən artıqdır ki, davam edir. Son 30 ildə rəsmi Bakı və Moskva arasındakı münasibətlər dəyişkənlik göstərsə də ümumilikdə yüksələn xətt üzrə inkişaf edir. 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik fəaliyyətinə dair razılaşma da bunun nəticəsidir.

Bu görüşdə həm ikitərəfli münasibətlərə dair, həm də regional və qlobal məsələlərin müzakirəsi gözlənilir. Təxmin edirəm ki, iki liderin gündəliyində kifayət qədər mövzu var. Gündəliyə Rusiya sülhməramlılarının bölgədən çıxarılması, 5 fevralda Brüsseldə keçirilən üçtərəfli görüş və onun nəticələri, nəqliyyat dəhlizləri, Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması və burada Rusiyanın rolu ilə bağlı məsələlər daxildir. Görüş iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir edəcək"
Tarix: 22-04-2024, 07:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}