Kərəm Həsənovun səlahiyyətləri azaldıldı - “Kupça”nı hansı qurum verəcək?


Kərəm Həsənovun səlahiyyətləri azaldıldı
Əmlak Məsələləri Dövlət Komitəsinin bır sıra səlahiyyətləri ləğv edilib.

BakuPost-un məlumatına görə, bu, prezident İlham Əliyevin dünən imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, bundan sonra daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların və torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
 
Tarix: 18-01-2019, 14:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}