Daşkəsəndə ACINACAQLI MƏNZƏRƏ... - Zibil qabı qoyulsa da, zibili yığışdıran yoxdur...


"Şəkildən də bəlli olduğu kimi, şikayətim Xoşbulaq kəndi bələdiyyəsindəndir". DİA.AZ bildirir ki, bu barədə Validə Nurməmmədova adlı istifadəçi "Müştərinin Səsi" sosial qurupundakı paylaşımında qeyd edib.



Daha sonra narazı vətəndaş yazır: "Bu il kəndə gələrkən zibil qablarını görüb sevindik ki, axır ki zibil qabı qoyulub kəndə (əvvəl elan vurulmuşdu ki "zibilinizi çaya atın"). Amma şəkildən də göründüyü kimi, sadecə qab qoyulub, təmizliyə baxan yoxdur, qablar daşır amma bələdiyyə təmizləmir (kəndin hər yerində vəziyyət eynidir).



Yaşayış yerlərinə və bulağa yaxın olan bu qabların qoxusu isə yayda istirahət edənlərə 2 qat çətinlik yaradır.
Ümid edirəm bu paylaşımdan sonra bələdiyyə tədbir görər".

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 2-07-2021, 23:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}