"Biz nöqsanlarımızı gizlətməyə çalışmırıq, əksinə..."


"Abonentlərlə normal rəftar etməyən, işində nöqsanlara yol verən əməkdaşlarımız daha geniş mənada müzakirə mövzusu olacaq"

 
Moderator.az xəbər verir ki, bunu “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev sosial şəbəkə hesabında paylaşıb:
 
"Əziz dostlar!
 
SOCAR  “Azəriqaz” İB olaraq şəffaflığın və əlçatanlığın təmin olunması məqsədi ilə bir sıra aksiyalar həyata keçiririk. Məsələn, “Açıq mikrofon” aksiyası çərçivəsində həftədə 2 dəfə regionlarda sadə vətəndaşlarla, eləcə də sahibkarlarla görüşərək onların problem və təkliflərini yerindəcə dinləyirik. Hər həftənin cümə günü bütün media və QHT nümayəndələrinin, fəal sosial şəbəkə istifadəçilərinin üzünə açıq olan “Açıq qapı” aksiyamız da bu məqsədə xidmət edir. Başda müavinlərim olmaq şərti ilə, Birliyin bütün rəhbər şəxslərinin “Başdan ayağa” layihəsində iştirakı da abonentlər tərəfindən təqdir olunur. Bunu ən müxtəlif səviyyələrdə verdiyiniz reaksiyalar da təsdiq edir. Bütün bunlardan həvəslənərək qısa bir vaxtda növbəti aksiyamızı da reallaşdırmaq niyyətindəyik. Məqsəd, əməkdaşlarımızın sizinlə, yəni abonentlərlə rəftarını, davranışını təftiş etmək olacaq. Müasir texnologiyanın imkanlarından istifadə edərək, çilingərlərimizin xəbərsiz olduğu ünvanlara quraşdırılacaq kameralar bu imkanı sizə və Birlik olaraq bizə yaradacaq. Abonentlərlə normal rəftar etməyən, işində nöqsanlara yol verən əməkdaşlarımız daha geniş mənada müzakirə mövzusu olacaq. Sizi də bu müzakirələrdə və təftişimizdə fəal olmağa çağırıram. Əgər hər hansı bir təklifiniz, fikriniz varsa yazın ki, biz də onları bu aksiyamızda tətbiq edək. Nəticə olacaqsa, təbii ki, bunda hər birimizin rolu olacaq. Biz nöqsanlarımızı gizlətməyə çalışmırıq. Əksinə, ictimailəşdirib aradan qaldırmağa çalışırıq."

Tarix: 11-05-2022, 17:25




Xəbər lenti

{sape_links}{sape_article}