Xəzər rayonu Binə qəsəbəsində zibil dizə çıxır - ŞİKAYƏT
Binə qəsəbəsi üfunət içində: bordürlərdə zibilin qalaqlanması adi hal alıb.
Siam.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, qəsəbədə zibil qutusu olmadığından, zibil yolun ortasında bordürlərə yığılır. Burada qalaqlanan məişət tullantıları elə olur ki, günlərlə yolun ortasında qalır. Sakinlərin sözlərinə görə, isti havada məişət tullantılarının pis qoxusu ətrafa yayılır.
Həmçinin bordürlərdə qalaqlanmış zibil insanların yolu keçməsinə mane olur. Sakin Nuranə Abbasova bildirir ki, onlar məsələ ilə bağlı dəfələrlə ərazi bələdiyyəsinə müraciət ediblər. Bələdiyyədən isə bildiriblər ki, məişət tullantıları ona görə yolun ortasındakı bordürlərə yığılır ki, zibil maşını onları rahat toplaya bilsin.
Sakinlər deyirlər ki, qəsəbə ərazisində məişət tullantıları konteynerləri yoxdur. Ona görə də məişət tullantıları bordürlərə yığılır, oradan daşınır. Bəzən isə günlərlə orada qalır. Sakinlərin əsas istəyi ərazidə məişət tullantıları konteynerlərinin qoyulmasıdır.
Sputnik Azərbaycan Binə Qəsəbə Bələdiyyəsi ilə əlaqə saxlayıb. Oradan bələdiyyə sədri Habil Həmidovun xəstə və məzuniyyətdə olduğu bildirilib. Digər məsul şəxslərin isə ərazidə olduqlarını söyləyiblər. Bildiriblər ki, problem araşdırma aparıldıqdan sonra aradan qaldırılacaq.
Xəzər rayon təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəsəbə ərazisində əvvəllər məişət tullantıları konteynerləri olub. Amma vətəndaşlar etiraz etdiyindən götürülüb. Bununla belə R.Rəsulov ərazi üzrə məsul şəxslərə problemin çatdırılacağını, tezliklə məişət tullantıları konteynerlərinin yerinə qoyulacağını söyləyib.
Tarix: 22-09-2022, 08:44
-
Dünən, 23:20
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
-
Dünən, 22:44
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Dünən, 22:30
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:26
Regionda yeni reallıqlar - Pensiya maxinasiyası, ağ bilet süründüməçiliyi
-
Dünən, 22:19
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
-
Dünən, 22:16
Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi
-
Dünən, 22:11
“Azercell” paylaşdığı elana görə “2” aldı – Foto
-
Dünən, 21:53
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...
-
Dünən, 21:37
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
-
Dünən, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Dünən, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Dünən, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Dünən, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Dünən, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Dünən, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Dünən, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Dünən, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Dünən, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Dünən, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Dünən, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
25-04-2024, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
25-04-2024, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
25-04-2024, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
25-04-2024, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
25-04-2024, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
25-04-2024, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
25-04-2024, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
25-04-2024, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
25-04-2024, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
{sape_links}{sape_article}