Qobudakı hadisə Masazırda təkrarlana bilər.... - Sakinlərdən SOS!


Masazır qəsəbəsində yaşayan Quliyeva Nurlana Faiq qızı küçədə sahibsiz itlərin çoxluğundan şikayətçidir.

Bu barədə Sonxeber.az saytına müraciət ünvanlayıb.

Sakin ötən günkü hadisə təkrarlanmasın deyə müraciət etdiyini bildirib:

"Masazir qəsəbəsi, Şəhid Şəmşir Abbasov küçəsində çoxlu sahibsiz itllər var. O günkü hadisə təkrarlanmasın müraciət edirəm. Uşaglar küçəyə çıxa bilmir. Çox xahiş edirəm,bu məsələyə köməklik edəsiz.

Qeyd edək ki, 03.03.2024-cü il tarixində saat 17:37 radələrində "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibb yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Tarix: 7-03-2024, 12:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}