Qaradağın qara gündə olan küçələri: Problemi həll edən yoxdur - VİDEO

Qaradağın qara gündə olan küçələri:
Lökbatan-Qobu yolunda işıqlandırma sistemi yoxdur. Bu da xüsusən günün axşam saatlarında həm sürücülərə, həm də piyadalara təhlükəli vəziyyət yaradır.

Bundan başqa, yoldakı nişanlanma xətləri silinib. Bu da sürücülərə əlavə çətinlik yaradır.

Sürücülər mövcud vəziyyətlə bağlı öz narazılıqlarını ifadə ediblər.

“Yollar bərbad haldadır, nəzarət edən də yoxdur. Burada həftədə 2-3 dəfə qəza baş verir”, - deyə sürücü qeyd edib.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin yolun işıqlandırılmasına onlar cavabdeh deyillər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Tarix: 14-03-2024, 09:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}