Qağaməli Seyfullayevlə bağlı rəhbərliyə müraciət olundu - O da getsin...

Qağaməli Seyfullayevlə bağlı rəhbərliyə müraciət olundu - O da getsin...
Dünən məlum oldu ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilərək SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin olundu.

Onun əvəzinə isə “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

Dia-az.info xatırladır ki, bundan əvvəl isə "Azəriqaz"ın rəhbərliyində dəyişiklik baş vermişdi.

Bununla bağlı əldə etdiyimiz informasiyalardan aydn olur ki, SOCAR rəhbərliyi öz strukurlarında islahatları davam etdirəcək. Bu isə son günlər ayrı-ayrı vəzifəli şəxslərdən narazılıq edən sıravi işçilərdə müəyyən ümidlər yaradıb.

Belə ki, dia-az.info vasitəsilə SOCAR prezidenti Rövşən Nəcəfə müraciət edən işçilər Neft-Qaz Təmir Tikinti Trestininin rəhbəri postunu tutan Qağaməli Seyfullayevin də görəvdən alınmasını, eyni zamanda da məsuliyyətə cəlb olunmasını xahiş edirlər.

İşçilər adından edilən müraciətdə deyilir: "Ruslan Əliyev ,,Azəriqaz" İstehsalat Birliyini məhv elədi... əlini qolunu sallayıb getdi. Qağaməli Seyfullayev də Neft-Qaz Təmir Tikinti Trestini, ondan əvvəl isə Qaz İxrac İdarəsini şumladığı halda kimsə ona "gözün üstündə qaşın var" demir... Qağaməli Seyfullayevin diplomsuz qohumlarını bu 3 nəhəng təşkilata yerləşdirdiyini hər kəs bilsə də, rəhbərlik susur. Deməli, himayə edir. Rəhbərlik yuxudan ayılana kimi qağaməlilər işini görəcək...

Şəhid ailələri, Qazilər əzab çəkəcək.... Hörmətli Rövşən Nəcəfə xitab edirik... Sizin alicənablığınızdan istifadə edənlərə siz müdaxilə etməsəniz, nəticəsi birilərinin özbaşınalığına digərlərinin isə acınacaqlı vəziyyətdə həyata "əlvida" deməsinə səbəb olur".

Dia-az.info xatırladır ki, 1-ci Qarabağ müharibəsi veteranı, Siyəzənneftin işçisi Elnur Bayramov srağagün dünyasını dəyişib.

Bildirək ki, erməni əsirliyində olmuş Elnur vətənə qayıtdıqdan sonra üç dəfə infarkt keçirmiş, bir müddət əvvəl isə xərçəng xəstəliyinə düçar olmuşdu. Neftçi yanvar ayında maddi yardım üçün SOCAR-a müraciət etdi. Ağrikəsən iynə dərmanlar almaq üçün. Lakin Qağaməli kimi məmurlar ona rədd cavabı verib.... Və bu olay da neftçilər ttərəfindən etirazla qarşılanmaqdadır..
Tarix: 29-03-2024, 13:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}