Siz Allah, əl saxlayın!- CANƏLİ-ARİF DAVASINA SÖZARDI

Siz Allah, əl saxlayın!- CANƏLİ-ARİF DAVASINA SÖZARDI Bir neçə gündür ki, sosial şəbəkəkələrdə, internet portallarında tanınmış muğam ifaçıları arasında baş verən qovğa, sənət yox, söz güləşi baş alıb gedir. Muğamdan başı çıxanlar, çıxmayanlar, hərəsi bu qaynar qazanı bir cür qarışdırır, necə deyərlər, közərən közü bir az da alışdırır. Biz adətkərdə olmuşduq şou biznesin bir az cavan təbəqəsinin savaşına, dəbə düşmək üçün bir biriləri ilə, danışılmış, danışılmamış reytinq qovğalarına.
Bu dəfə isə tərsinə oldu-Aqil Abbas demişkən, “Söyüşə qocalar gedir”.
Respublikanın xalq artisti Canəli Əkbərovla digər xalq artisləri – Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova arasında muğam müsabiqəsinə münsiflik etmək üstündə yaşanan, yaranan mübahisə artıq sənət müstəvisindən çıxıb təhlükəli həddə yaxınlaşır. Bəli, hörmətli həmkarlarım, həvəslə eşib – eşib hərədən bir söz çıxarıb üstünə də 5-ni əlavə edib yazdıqlarınız bölgələr arasında qovğaya çevrilməkdədir. İnanın buna. Bu gün saytlarda xalq artisti rasim Balayevin 77 yaşlı Canəli Əkbərov haqqında “Canəli qudurub” ifadəsini işlətməsi cənub bölgəsində böyük əks-səda yaradıb. Fərqi yoxdur, muğam izləyicisi olsun, ya olmasın. Məsələ bu yöndə müzakirə edilir ki, qarabağlılar,bakılılar birləşib lənkəranlıya qarşı.Bu gün bazarda,nəqliyyatda gündəmdə olan iki məsələdən biri-1-cisi dolların qəfil düşməsidirsə, ikincisi muğam ifaçıları arasında düşən dava, söz güləşidir. Heç kəsə sirr deyil ki, muğam müsabiqəsinə münsiflik etməyin maddi tərəfləri var və yəqin ki, həm buna, həm də bir az da efirdə daha çox görünüb populyar olmağa görə hörmət etdiyim ifaçılardan olan Canəli Əkbərov da müsabiqənin münsiflər heyətinə qatılmaq istəyib. Amma həmkarlarının onu öz sıralarında görmək istəməməsi onu halından çıxarıb, yerinə düşməyən sözlər işlədib. Onun dediklərinə illər uzunu bir yerdə işləyib, bir yerdə çörək yeyən sənət dostları sərt təpki verməməli idilər, lap elə könlünü almalı idilər ki, darıxma, gələn dəfələrdə də sən olacaqsan. Mənə maraqlıdır, görəsən, yaranan bu stresdən bu ahıl sənətkarlardan biri bu gün dünyasını dəyişsə, onun ünvanına nə gəldi deyənlər onun vida mərasiminə qatılmayacaqmı?
“Ölüm haqdır” deyirlər və hər bir müsəlman da ölümünü hər gün düşünməlidir-cavanlı-qocalı. Ona görə də rəhmətlik Cabir Novruzun gözəl deyimini yada salın-“sağlığında qiymət verin insanlara”.
Sözüm sizədir, jurnalist həmkarlarım!
Reytinq xatirinə bölgə qovğalarına yol açmayın və hörmətli nazirlik rəsmiləri, bu faktı nəzərə alın. Nəzərə alın ki, Cənub bölgəsi onsuz da çox həssas bölgədir. Yeri gəlmişkən, sizi bilmirəm, özüm çətin ki, keçiriləcək bu muğam müsabiqəsindən feyziyab ola bilim. Dahi bildiyimiz, el ağsaqqalı sandığımız münsiflər heyətinin sözsülərinin sözlərini yox,söyüşlərini xatırlayacağam-istər-istəməz!…
Siz Allah, əl saxlayın!- CANƏLİ-ARİF DAVASINA SÖZARDI
Esmira İsmayılova
Tarix: 10-02-2017, 17:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}