"O qədər oxşarlıqları var idi ki, deyirdim ki, mənim iki anam var..."


“Baxmayaraq ki, 50-dən çox yaşım var, bu gün də həm atam, həm də anam üçün çox darıxıram. Tez-tez yadıma salıram, gözümün önünə gətiririrəm. Təbii ki, darıxmadan olmur. Valideyn həyatda əziz və lazımlı bir amildir. Çalışın sağlığında valideynlərinizin qayğısına qalın. Böyük sənətkarların övladı olmağın müsbət tərəfi olduğu kimi mənfi tərəfləri də olur. Mənfi tərəfi o olur ki, sərbəst, azad olmağında məhdudiyyətlər yaranır”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Səyavuş Aslanın oğlu Eldar Aslan deyib. O daha sonra əlavə edib.
 
“Atamla anam birlikdə 25 il ailə həyatı yaşayıblar. Məşhur vaxtlarında çox dedi-qodular, söz-söhbətlər yayılıb. Səyavuş müəllim indiki dövrdə yaşasaydı, bütün bunlara cavab verərdi. Sadəcə  o vaxt telekanallarımız bu günki qədər çox deyildi” deyə aktyorun oğlu bildirib.
 
O, daha sonra anası, tanınmış aktrisa Ofeliya Aslanı xatırlayıb.
 
“Bu günlərdə anam, sevimli aktrisa Ofeliya Əfqanlının doğum günü idi. Bilirsiniz ki, Ofeliya xanım görkəmli aktyor Rza Əfqanlının qızı idi. Çox təəssüf ki, mən Rza Əfqanlını görməmişəm, uşaq olanda o artıq dünyasını dəyişmişdi. Rza Əfqanlının da 2-ci bir ailəsi var idi. O ailədən Xalidə adlı qızı var idi. Anamın ögey bacısı sayılırdı. Ofeliya xanımla Xalidə xanımın münasibəti çox yaxşı idi və bir-birini çox sevərdilər. Tez-tez görüşərdilər. Ya Xalidə xanım bizə gələrdi, ya da biz onlara gedərdik. Anamla Xalidə xalam bir-birinə 99 faiz oxşayırdılar, sanki əkiz idilər. O qədər oxşarlıqları var idi ki, deyirdim ki, mənim iki anam var. Xalidə xanıma baxıb anamı, anama baxıb Xalidə xanımı yada salırdım. Xoşbəxt idim ki, mənim belə anam, xalam var” deyə aktyorun oğlu bildirib.

Tarix: 1-02-2022, 08:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}