“Mini geyinən ətli-budlu qadınları televiziyaya çağırıb kameranı onlara tuşlayırlar...”


Ölkəmizdə “Youtube” kanalları günü-gündən populyarlaşır. Həmin kanallarda istər gündəmin müzakirəsi, istərsə də digər mövzulara həsr olunan verilişlərin auditoriyası formalaşmaqdadır. Buna paralel olaraq, “Televiziya kanallarımızı izləmirəm” deyənlərin sayı da artır. 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov yerli telekanalları sərt tənqid edib:
“Biz millət olaraq hara gedirik? Televiziyalarda tərtibat dəyişməlidir. Efirdə kresloları qoyurlar üzü kameraya, gələn xanım qonaqlar da müasir dəblə, qısa, damdar geyinib otururlar. Hazırlıqsız, savadsız aparıcılar da məntiqsiz söhbətlər edirlər, lazımsız suallar verirlər və gələn qonağı da pis vəziyyətə salırlar. Bizim xanımlar da bir az ətli-budludurlar, mini geyinib üzü kameraya otururlar, sonra da bilmirlər necə otursunlar, əl qatırlar özlərinə ki, ətəyini aşağı dartıb dizlərini örtsünlər. Bu həngamədə də bilmirlər verilən sualı cavablasınlar, ya ətəklərini dartışdırsınlar... Bu nə nizamdır, bu nə tərtibatdır?! Niyə bunlara baxan yoxdur? Niyə qısa geyinən qız-gəlinlərimizi üzü kamraya otuzdurub özlərini narahat hiss etmələrinə səbəb olurlar? Məgər televiziya rəhbərləri, pultda oturan rejissorlar  bunu görmür? Niyə gələn qonaqları pis vəziyyətə salırlar?
Sonra da söz deyəndə başlayırlar məni tənqid etməyə. Televiziyalar məni topa-tünfəngə tutur. Bəs mən bu nöqsanları deməyim?”
Özəl telekanallarda yayımlanan seriallardan danışan rejissor onların keyfiyyətinin çox aşağı olduğunu bildirib:
“Televiziyada gedən serialların mövzusuna baxın. Məgər Azərbaycanda əxlaqi dəyər, mənəvi mövzu yoxdur, elə hamı parodiya, meymunluqla məşğuldur? O nə obrazlardır, nə xarakterlərdir, kimi təmsil edirlər? Hərə bir ləhçədə danışıb, özünü əndrabadi formaya salır. Efirdə əcaib səslər çıxarırlar. Televiziyalara ciddi nəzarət lazımdır, bu biabırçılıqdır. Mən demirəm ki, Azərbaycanda  televiziyalar bağlanmalı, millət küçələrdə qalmalıdır, xeyr, deyirəm ki, televiziyanın tələbləri var, dünya standartları var, onunla işləmək lazımdır. 
Prezidentimiz xarici siyasətdə təkbaşına  bu qədər iş görür, bəs biz nə ilə məşğuluq? Daxili təbliğatımız hansı səviyyədədir? Mən hər zaman bu nöqsanları demişəm, amma bəzi yaramazlar mənim fikirlərimi kontekstdən çıxarıb sosial şəbəkələrdə paylaşırlar, xalqı mənə qarşı qoyurlar. Bəzən haqqını müdafiə etdiyim insanlar mənim barəmdə hədyan danışırlar. Ay yazıqlar, ay bədbəxtlər, ay biçarə millət, sizi müdafiə edirik də. Bir ayılın, ətrafınıza baxın. Arada güzgüyə baxın. Elə bil Cəlil Məmmədquluzadələrdən, Haqverdiyevlərdən, Mirzə Ələkbər Sabirlərdən heç 100 il keçməyib, sanki eyni dövrdür”.
Tarix: 7-01-2023, 13:53




Xəbər lenti

{sape_links}{sape_article}