Emilya Yaqubovanı hansı cəza GÖZLƏYİR?

Emilya Yaqubovanı hansı cəza GÖZLƏYİR?
Xəbər verdiyimiz kimi “Böyük səhnə” mahnı müsabiqəsinin qalibi, müğənni Emiliya Yaqubova bu günlərdə bir paylaşım etmişdi. Həmin paylaşımında ifaçı xidmətindən istifadə etdiyi “Bolt” taksi sürücüsünü telefon danışıqlarını lentə almışdı. Üstəlik, müğənni yol boyu danışıqlarını və görüntüsünü lentə aldığı sürücünün videosunu icazəsiz olaraq sosial şəbəkə hesabında paylaşıb.

İfaçının bu hərəkəti, təbii ki, qanun pozuntusudur. Bu şəxsi həyata müdaxilə və şəxsi məlumatların icazəsiz yayımlanmasıdır.

Bəs, bu qanunsuz əmələ görə Emilya Yaqubovanı hansı cəza gözləyir?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, qanunvericilikdə birbaşa olaraq, kiminsə icazəsi olmadan onun şəklini və yaxud videosunu çəkməyin hansısa hüquqi məsuliyyət yaratdığı göstərilməyib:

“Amma müəyyən normalar normalar var ki, orada şəxsi həyata müdaxilə, qanunsuz çəkilişlər aparmaq cinayət kimi qəbul edilir. Məsələn CM-nin 156-cı maddəsində göstərilir ki, şəxsi həyatın toxunulmazlığını pozmağa görə cinayət işi açıla bilər. Bu o halda olur ki, kimsə kiminsə şəxsi həyatı ilə bağlı materiallar toplayır və yayır.

Əgər müğənninin hərəkətlərində bu hallar varsa onda o hüquqi məsuliyyət daşıyır. Lakin yayılmış video daha çox CM-nin 302-ci maddəsi ilə tövsif edilir. Bu da o deməkdir ki, məhkəmə və digər rəsmi qərar olmadan kimsə izlənilə, onun foto və videosu çəkilə bilməz.Hətta rəsmi qərar olmasa, hüquq mühafizə orqanlarının əməkdaşı belə bu cür hərəkətlərə yol verə bilməz.

Burda vacib deyil ki, çəkilmiş video və fotoda ailə sirləri olsun. Əsas odur ki, çəkiliş qarşı tərəfin qarşılıqlı razılığı əsasında olmalıdır.

Əgər razılıq olmadan hansısa formada çəkiliş aparılıb və yayılıbsa onda CM-nin 302-ci maddəsinə görə çəkiliş aparan şəxs 2 ilədək azadlıqdan məhrum edilə bilər. Çəkiliş xüsusi qurğularla aparılıbsa, onda cəza bir az da ağırlaşır, həmin şəxs 2 ildən 5 ilədək həbs edilə bilər”.
Tarix: 30-09-2023, 14:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}