“Dilini boğazından çıxaracağam” – Jurnalist Əli Mirəliyevi HƏDƏLƏDİ

“Dilini boğazından çıxaracağam”
Xəbər verdiyimiz kimi, ötən gün sənət aləmində Yaqut Nəriman kimi tanınan 38 yaşlı müğənni əri tərəfindən amansızlıqla qətlə yetirilib.

Müğənninin faciəli ölümü cəmiyyətdə geniş müzakirələrə yol açıb və qətlin ilkin səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Mərhumun duet ortağı olmuş tanınmış müğənni Əli Mirəliyev isə Yaqut Nəriman haqqında qalmaqallı açıqlama ilə çıxış edib. O, müğənnini içki içməkdə və başqa yollara düşməkdə günahlandırıb.

Siam.az KONKRET.az-a istinadla xəbər verir ki, “Səni axtarıram” verilişinə qatılan mərhum müğənninin bacısı, jurnalist Şəlalə Nərimanlı Əli Mirəliyevi məhkəməyə verəcəyini bildirib.

Ş.Nərimanlı qeyd edib ki, bacısının ünvanına səsləndirilən sözlər iftiradır və buna görə də Ə.Mirəliyev məhkəmə qarşısında cavab verməlidir: “Dediyi sözlərə görə üzr istəyib. Amma barışıq olmayacaq. Onunla məhkəmədə görüşəcəyəm. Ondan əl çəkməyəcəyəm. Mələk kimi bacımın adına ləkə gətirib”.

Jurnalist Əli Mirəliyevin bacısı Yaquta xeyli miqdarda pul borcunun olduğunu da bildirib: “Hər xırda problemindən ötrü Yaquta zəng edib “kartıma pul at” deyirdi. Allah şahiddir ki, 12 il ərzində heç bir kanala ödəniş etməmişəm. Həmişə bacımı efirə təmənnasız çıxarıblar. Amma Əli Mirəliyev bacımı efirə çağıranda da ondan pul tələb edib. O pulları da mən vermişəm. Hamısının çekləri məndədir. Məhkəmədə təqdim edəcəyəm. Dilini boğazından çıxaracağam”.

Xatırladaq ki, Yaqut Hidayət qızı Həşimova oktyabrın 16-da Bakının Nizami rayonunda yerləşən mənzilində həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib. A.Həşimov hadisədən dərhal sonra polisə gələrək təslim olub.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Tarix: 17-10-2023, 21:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}