BƏS HANI, NİYƏ DOĞMUR, HAQQ DEYİLƏN O GÜNƏŞ …


MƏN BELƏ ƏDALƏTİN BOYUNA KƏFƏN BİÇDİM … !!!

Fb-NİN GÜNDƏMİNDƏN

O özü də taleyə çevirmişdi dalını,
Sələmiynən alırdı Tanrıdan hər nəfəsi.

Oturmuşdu fikirli, dəmiryol vağzalında,
Sınıq bir skamyada üzü qüruba sarı.
Saxlamışdı küləklər hardasa bir dalanda,
Saatlarla oturub gözlədiyi qatarı.

İki yerə qatlanan belini dikəltməyə,
Nə yer kömək olurdu, nə göy kömək olurdu.
Əllərinin hər biri dönmüşdü bir kərtməyə,
İçindəki zülməti aydın görmək olurdu.

Özü kimi qocalmış qara yol çantasını,
Bir çiynindən çıxardıb o birinə taxırdı.
Silib rəngi bozarmış eynəyinin pasını,
Qarışqatək qaynaşan adamlara baxırdı.

Ayağı altındakı kirli cib dəsmalını,
Əyilib götürməyə qalmamışdı həvəsi.
O özü də taleyə çevirmişdi dalını,
Sələmiynən alırdı Tanrıdan hər nəfəsi.

Gözləyirdi səbrlə ürəyinin göynəyi,
Çantada axtardığı validol şüşəsini.
Əynindəki yamaqlı nimdaş əsgər köynəyi,
Pozmurdu heç şəhərin kefini-nəşəsini.

Ondan azca aralı acqarına əsnəyən,
İtdən qorxusu yoxdu,onsuz da dişləmirdi.
Bir zaman gecə-gündüz çıqqıltısı kəsməyən,
Köhnə qol saatı da yatmışdı, işləmirdi.

Bir dəfəyə düşmənin boynunu burub-qıran,
Qolları bədənindən üzülüb tökülürdü.
Yaralı bir şir kimi raketlərə hayqıran,
Bu adama baxdıqca ürəyim sökülürdü.

Vardı daraq batmayan şəvə-zənci telləri,
Belə sısqa deyildi, cüssəliydi, iriydi.
Xatirimə gətirdim doxsanıncı illəri,
Bizim könüllülərin səhra komandiriydi.

Necə yana bilirsə bir topa quru küləş,
Qəfildən bir anlığa eləcə yandı içim.
Bəs hanı, niyə doğmur haqq deyilən o günəş…
Mən belə ədalətin boyuna kəfən biçim..

Tarix: 30-05-2018, 16:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}