Kəramət Böyükçöl: "Cavanşir Məmmədov haqqınızı yeyib, pensiyanızı kəsib, uşaqpulunuzu əlinizdən alıb, neyləyib də?"


Kəramət Böyükçöl: "Cavanşir Məmmədov haqqınızı yeyib, pensiyanızı kəsib, uşaqpulunuzu əlinizdən alıb, neyləyib də?"
 
Baxıram, elə iyrənc rəylər yazırlar ki... Siz Allah, bu adam (Bu gün vəfat edən müğənni Cavanşir Məmmədovu nəzərdə tutur-red) sizə neyləyib? Haqqınızı yeyib, hüquqlarınızı tapdalayıb, saxta deputatınız olub, pensiyanızı kəsib, uşaqpulunuzu əlinizdən alıb, balalarınızı ac qoyub, neyləyib də? Pis-yaxşı müğənni idi, oxuyurdu, efirlərə çıxıb danışırdı. Niyə bu qədər aqressivsiniz?
 
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl bildirib.
 
"Nifrət, kin, aqressiya nifrət elədiyin adamdan çox sənin özünə ziyandır. Xoşunuz gəlmirsə, gəlməsin də. Həyatda olanda haqqında nəsə yazsanız, başa düşüləndir, bu da sizin söz haqqınızdır. Amma axı ölüm sondu, bitdi də. Heç olmasa gözləyin, ailəsi, uşaqları, nəvələri, yaxınları ağlayıb qurtarsın, sonra pis şeylər yazın da. "Allah rəhmət eləsin" deyə bilmirsən, gözünü yum, heç görmə də, baxma. Xoşun gəlmir, tanıma. Niyəsə qəbul edə bilmirəm kiminsə ölümünə sevinənləri, ona gülə bilənləri. Ruhun şad olsun, Cavanşir müəllim..." - o qeyd edib.
Tarix: 20-04-2024, 23:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}