ABŞ xüsusi təyinatlılarına hücum – Yaşıl bretlərdən çoxlu sayda ölü və yaralı var

ABŞ xüsusi təyinatlılarına hücum – Yaşıl bretlərdən çoxlu sayda ölü və yaralı var Afrikada ABŞ xüsusi təyinatlılarının əsgərləri hücuma məruz qalıb.

Avropa.info xəbər verir ki, Nigeriya qoşunları ilə birlikdə Mali sərhədində olan ABŞ hərbçilərinin konvoyuna atəş açılıb. CNN xəbər verir ki, atışma nəticəsində ən azı 3 ABŞ əsgəri ölüb, yaralılar var. Yaralıların müalicə üçün Almaniyaya aparılacağı qeyd olunur.


Reuters xəbər agentliyi isə hücumda çox sayda Nigeriya əsgərinin öldürüldüyünü bildirib.

Hücumu “Məğrib əl Qaidə”sinin həyata keçirdiyi qeyd olunur. Hücumu ABŞ-ın Afrika Komandanlığı da təsdiqləyib, lakin əlavə detalları bölüşməyib.

“New York Times” qəzeti isə Pentaqona istinadən yaydığı xəbərində ölənlərin “yaşıl bretlər” kimi tanınan xüsusi birliyin əsgərləri olduğunu yazıb.

ABŞ prezidenti Donald Tramp hücumla bağlı məlumatlandırılıb.
Tarix: 5-10-2017, 14:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}