“Qadınlara qarşı zorakılıq, qadın qətli ölkə üçün rüsvayçılıqdır”

Zurabişvili: “Bu, təkcə qadınların işi deyil, bu, cəmiyyətin məsələsidir”
“Mədəniyyətimizə, kimliyimizə və bizi birləşdirən bütün dəyərlərə bilavasitə zidd olan qadınlara qarşı zorakılıq, qadın qətli ölkə üçün rüsvayçılıqdır”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili 8 Mart Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.
Prezidentin sözlərinə görə, problemin həllinə məktəblərdən başlamaq vacibdir: “Bu, yəqin ki, bizim üçün əsas problemdir. Biz bu çətin vəziyyətdən çıxa bilməliyik. Bu, hər kəsin işidir”.
“Mən bu otaqda daha çox kişi görmək istərdim, çünki bu, təkcə qadınların işi deyil, bu, cəmiyyətin məsələsidir. Təhsil sistemimizin bu istiqamətdə nə dərəcədə düzgün işlədiyini bilmirəm. Amma elə ilk məktəb illərindən qadınlara hörmət, ailəyə hörmət öyrədilməlidir. Düşünürəm ki, ilk növbədə bununla məşğul olmalıyıq, çünki hər şey bundan başlayır. Biz çoxlu çətinliklərin olduğu və zorakılığın təbii hal aldığı bir dünyada yaşayırıq. Hər gün və hər saniyə təzyiq altındayıq. Stress geniş yayılıb və aydındır ki, həmin stress ailəni əhatə edir, şiddətli hadisələrdə özünü göstərir”, - Zurabişvili vurğulayıb.
Tarix: 10-03-2024, 11:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}