Moskvaya dron hücumu olub, hava limanlarının işi dayandırılıb


Moskva vilayətinin Domodedovo şəhər dairəsində paytaxta doğru uçan dronun hücumu dəf edilib.
Bu barədə Moskva meri Sergey Sobyanin teleqramda bildirib.
“İlkin məlumatlara görə, qalıqların düşdüyü yerdə dağıntı və tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”, – o, kanalında qeyd edib.
Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Qurum əlavə edib ki, hücum 10:15 (Bakı vaxtı ilə 11:15) radələrində baş verib.
Həmin gün səhər saatlarında Domodedovoda iki, Ramenski və Stupino şəhər dairələrinin hər birində isə bir dron vurulub.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə Vnukovo, Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Nəticəsədə, Moskvanın Vnukovo hava limanında Bakı istiqamətində uçan təyyyarə reysi də gecikib. Bakı vaxtı ilə saat 13:00 radələrində Domodedovo, Vnukovo və Jukovski hava limanları normal iş rejiminə qayıdıb və uçuş məhdudiyyəti tətbiqi səbəbindən gecikən Moskva-Bakı istiqamətində uçan təyyarə havaya qalxıb.
Tarix: 17-03-2024, 23:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}