"Paşinyanı aradan götürmək lazımdır" - Erməni deputatdan ŞOK AÇIQLAMA



"Paşinyan böyük müqavimət nəticəsində gedəcək".
 
Bunu martın 20-də Ermənistan parlamentində yerli jurnalistlərlə söhbətində müxalif deputat Anna Mkrtçyan deyib.
 
“Nikol Paşinyan öz mövqeyini qorumaq üçün nə qədər lazımdırsa, o qədər torpaqdan imtina edəcək. İnsan üçün aksioma pul, hakimiyyət, kreslo, öz cinayətkar qruplaşmasıdır və onun bir gün ayılacağına və dövlət xaini olduğunu anlayacağına ümid etməyin mənası yoxdur”, - deyə öz baş nazirni təhqir də edib.
 
Onun sözlərinə görə, məsələnin yeganə həlli Nikol Paşinyana vaxt verməməkdir.
 
“Hər gün biz Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına səbəb olacaq bəzi addımlar atmalıyıq. Gündəlik hərəkət etmək lazımdır. Artıq heç kim onun adını eşitmək istəmir. O, böyük müqavimət nəticəsində gedəcək”, - deyə revanşist deputat bildirib.
 
“Müxalifətin bu dövlət üçün edə biləcəyi yeganə şey Paşinyanı abstrakt təkliflərlə yox, konkret əməlləri ilə hakimiyyətdən uzaqlaşdırmaqdır. Xəyali iş illüziyasına qapılmamaq üçün burada niyə olduğumuzu çox dəqiq bilmək lazımdır. Bəli, mən bizdən narazıyam. Nikol Paşinyan burada olmayanda sevinərəm”,-deyə Annna Mkrtçyan hətta Paşinyanın hər vasitəylə aradan götürülməsinə razı olduqlarını qeyd edib.
Tarix: 20-03-2024, 20:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}