Aİ liderləri Rusiya aktivlərindən Ukrayna üçün istifadəyə dair razılığa gələ bilmədilər

 
Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı razılığa gələ bilməyiblər.
Musavat.com xəbər verir ki, nazirlərə Avropa Komissiyası və Aİ diplomatik xidmətinin təklifləri üzərində işi davam etdirmək tapşırılıb.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizinin Kiyevə silah tədarükünü maliyyələşdirmək üçün Avropa Sülh Fonduna yönəldilməsini təklif edib. Qalan 10 faiz isə Ukrayna hərbi sənayesini dəstəkləmək üçün icma büdcəsinə köçürülməli idi.
Bloomberg mənbələrə istinadən xəbər verir ki, plan bəzi ölkələrin müqaviməti ilə üzləşib: xüsusən, İrlandiya, Lüksemburq və Malta hesab edir ki, bunun üçün daha ətraflı təhlil tələb olunur, Macarıstan isə hesab edir ki, vəsait silahlanmaya deyil, Ukraynanın bərpasına yönəldilməlidir.
Aİ ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməklə, həmçinin “Moskvaya dəstək verdiyinə” görə Belarus, İran və Şimali Koreyanı yeni məhdudiyyətlərlə hədələyiblər. Onlar Avropa Komissiyasına sanksiyalardan yayınmağa qarşı mübarizəni gücləndirməyi tapşırıb, həmçinin üçüncü ölkələri Rusiyaya hərbi yardım göstərməməyə çağırıblar.
Brüsseldə Avropa Komissiyası Rusiya və Belarusdan taxıl, günəbaxan toxumu və yem bitkilərinə “qadağan olunmuş dərəcədə yüksək” gömrük tariflərinin tətbiqini təklif edib. Bu tarif üçüncü ölkələrə tranzitə şamil olunmayacaq. Daha əvvəl Financial Times yazıb ki, tarif bir ton üçün Aİ-də buğdanın orta qiymətini 193 avro qəbul etməklə, 95 avro təşkil edəcək.
Tarix: 22-03-2024, 22:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}