Kəlbəcər rayon baytarlıq idarəsində yeyintilərin olması ilə bağlı İTTİHAM dolu şikayət

Kəlbəcər rayon baytarlıq idarəsində yeyintilərin olması ilə bağlı İTTİHAM dolu şikayət Bu haqda XİA.az-a Kəlbəcər rayon Keştək kənd sakini Nəbi Nəbiyev məlumat verib. Onun bildirdiyinə görə, Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi Məmmədov Mirzəli Hacıağa oğlu dövlətin əmlakına qənim kəsilib.

Vətəndaş Nəbi Nəbiyev iddia edir ki, Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi M.Məmmədov dövlət tərəfindən verilən dərmanları baytarlıq apteklərində satdırır. Dövlətin bu idarəyə verdiyi inventarlar şəxsi maraqlar üçün istifadə olunur.

Əldə etdiyimiz məlumata əsasən dövlət tərəfindən ayrılan dərman peraparatları məcburi köçkünlərə paylanmayıb. Əlaqə saxladığımız rayon bəzi sakinləri və fermerlər Kəlbəcər rayon baytarlıq idarəsi tərəfindən heç bir vaksinasya işlərinin aparılması ilə yanaşı, baytarlıq idarəsindən dərman ala bilmədiklərini qeyd edirlər. Bəs görəsən Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi M.Məmmədov dərmanları hansı sakinlərə paylayıb?

Diqqətinizə çatıraq ki, Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi M.Məmmədov dövlət tərfindən sakinlərə pulsuz verilməsi nəzərdə tutulan dərmanları mənimsəməkdə ittiham edilir. Dövlət tərəfindən ona verilən xidməti "NİVA" markalı avtomobili isə öz yaylağında çobanların istifadəsinə verib.

P.S. Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi Mirzəli Məmmədov barəsində ərizədə göstərilən faktların bir qismini işıqlandırmadıq. Nəzərinizə çatdırım ki, M.Məmmədov dövlətin vəsaiti hesabına özünə bir neçə mülk əldə etməsi, fermalar satın aldığı qyd edilməkdədir.

Redaksiyamıza edilən ittiham dolu şikayət ərizəsində k, faktlarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz boşa çıxdı.

Növbəti yazılarımızda məslənin geniş araşdırılması işıq üzü görəcəkdir. Belə ki, növbəti yazılarda M.Məmmədovun qardaşının hansı vəsait hesabına direktor təyin edilməsi sonradan hansı yola işdən azad edilməsindən bəhs ediləcək. Bununla yanaşı dövlətin etimad edərək M.Məmmədova verdiyi səlahiyyətin yüksək sui-istifadə hallarına yol verilməsi əmlak mənimsənilmələrindən tutmuş bütün detallarla tanış olmaq şansınız olacaqdır... Bizi izləməyi unutmayın...

Məsələ ilə bağlı aidiyyatı orqanları məlumatlandırıb nəticəsi ilə bağlı ictimayyətə əlavə məlumat verəcəyik.


Mövzuya yenidən qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

@Baku News
Tarix: 12-03-2017, 20:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}