Asif Ağayev Şamaxını necə qarışdırır... - İDDİA



Asif Ağayev Şamaxını necə qarışdırır...
Məlum olduğu kimi 11 aprel tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Respublikanın həyatında mühüm siyasi hadisə olan prezident seçkiləri təkcə yerli siyasi qüvvələr deyil , həmçinin beynəlxalq təşkilatlar tərəfindən yaxından izlənilir. Ölkənin beynəlxalq imici üçün mühüm hadisə olan seçki öncəsi müxtəlif siyasi maraqlara xidmət edən təxribatların olması da gözləniləndir. Belə həssas məqamda iqtidar düşərgəsində təmsil olunan bir məmurun öz fəaliyyəti ilə seçkilərdə namizədliyi irəli sürülmüş prezidentin göstərişlərinə göz yumması, rəhbərlik etdiyi ərazidə narazılıq formalaşdırılması açıq-aşkar təxribatdan başqa bir şey deyildir.

Şamaxı rayonu İcra hakimiyyətinin başçısı Asif Ağayevin rayonda fəaliyyət göstərən sahibkarlara, iş adamlarına divan tutmasına, onları müflis olma həddinə çatdırmasına, əli qabarlı yüzlərlə fəhlənin pulunu verməməsinə indiki şəraitdə bundan yumşaq ad vermək olmaz. Seçki prosesində özü üçün tikdirdiyi sarayında tər tökən fəhlənin pulunu verməyən, haqqını istəyən iş adamını təhdid edən icra başçısı görəsən kimin maraqlarına xidmət edir?

Görəsən prezidentin şəxsən nəzarətində olan, özünün və birinci vitse-prezidentin yerindəcə görülən işlərlə tanış olduğu Dəmirçi kəndində aparılan abadlıq-quruculuq işlərində çalışan fəhlələrin aylardır pulunu verməyən Asif Ağayev bununla nə demək istəyir? Məramı insanları prezidentə qarşı qaldırmaqmıdır, ya başqa hər nədirsə biz bilmirik!

Şamaxıda yaşayan iş adamı Sərxan Osmanov AzFakt.com-a müraciət edərək rayonun icra başçısı Asif Ağayev tərəfindən incidildiyini, uzun müddətdir ki, əsassız olaraq pulunun verilmədiyini bildirir. KİV-lərdə bu barədə yetərincə materiallar dərc olunmasına, müxtəlif instansiyalara müraciət edilməsinə baxmayaraq problem indiyə qədər həll olunmayıb, İş adamının, eləcə də tikinti işlərində işləyən onlarla usta və fəhlənin halal pulları verilməyib.

Dəfələrlə müraciət etmələrinə baxmayaraq onların tələblərinə məhəl qoyulmadığını bildirən iş adamı Asif Ağayevin prezidentin göstərişi ilə görülən işlərə kölgə salan əməllərini açıqlayıb.

İcra başçısı Asif Ağayev tərəfindən aldadılıdığını bildirən iş adamı Sərxan Osmanov uzun müddətdir ki, ona çatan pulun verilmədiyini bildirir. Sərxan Osmanov icra başçısı üçün inşa edilən Avaxıl kəndində şəxsi evin tikintisinə və dövlət əhəmiyyətli Dəmirçi kəndində görülən işlərə rəhbərlik edib. İşlərin artıq çoxdandır yekunlaşmasına baxmayaraq materialların pullarının və fəhlələrin əmək haqlarının verilmədiyini bildirən Sərxan çətin vəziyyətə düşdüyünü, icra başçısının isə onun qanuni tələblərinə məhəl qoymadığını açıqlayır.

Sərxan Osmanov bildirir ki, Asif Ağayev üçün inşa edilən evin bütün tikinti işlərini görüblər. Hətta evin elektrikə aid olan sənədləri əvvəllər Sərxanın adına olsa da, özünün xəbəri olmadan həmin sənədlər başçının ailəsinin adına keçmişdir. Sonradan isə ev icra başçısının həyat yoldaşının adına sənədləşdirilib. Evin tikintisinə ümumilikdə 205 min manat vəsait xərclənib. A.Ağayev tərəfindən pulun müəyyən hissəsi ödənilsə də 90 min manatlıq borc ödənilməyib. Bir müddət öncə həmin vəsaitin 30 min manatı və daha sonra 10 500 manatı Sərxan Osmanova ödənilsə də pulun qalan hissəsi ödənilməyib.

Həmçinin Dəmirçi kəndində görülən işlər zamanı yaranan 70 min manatlıq borc da icra başçısı tərəfindən ödənilmir. Ümumilikdə icra başçısı Sərxan Osmanova çatacaq 130 min manat vəsaiti ödəməkdən imtina edir. İş adamı bildirir ki, həmin pulun çox hissəsi tikinti işlərində çalışan ustaların, fəhlələrin, eləcə də alınmış materialların puludur.

Asif Ağayev prezidentin Şamaxı rayonuna səfərindən sonra bütün borcun ödəniləcəyini bildirsə də, indi müxtəlif bəhanələrlə iş adamını get-gələ salıb. Tikintidə işləyən onlarla ustanın, fəhlənin halal çörək pulu aylardır ki, ödənilmir. Eləcə də tikintini materialla təmin edən şirkətlər də öz pullarını tələb edirlər.

Çox çətin vəziyyətə düşən iş adamı Sərxan Osmanov yaranmış vəziyyətdə kömək üçün saytımız vasitəsilə prezident İlham Əliyev cənablarına müraciət edir:
 
Tarix: 12-03-2018, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}