Ordenli başçının sanılı günləri qalıb... - İDDİA
Keçən il 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasovun tezliklə vəzifədən kənarlaşdırılacağı ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələr aparılır. Bu barədə əldə etdiyi bilgiləri DİA.AZ-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı Qusar rayon camaatı ilə normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası da ölkə başçısının müvafiq tapşırıqlarını lazımı səviyyədə icra edə bilmir və son zamanlar Qusardan artan şikayətlər nəhayətdə başçı ilə bağlı qərarın verilməsinə nədən olub.
Mənbə dia.az-a bildirir: «Artıq Qusar rayon sakinlərinin səbri tükənmək üzrədir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, Şair Alxasov icra başçısı təyin olunduqdan sonra rayon üzrə tenderlərin sayı və məbləği xeyli artmağa başlayıb. Bu isə tamam başqa məqamlardan xəbər verir. Deyilənlərə görə, tenderlər zamanı ayrılmış vəsaitlərin çox az bir hissəsi təyinatı üzrə xərclənir. Belə ki, ayrılmış vəsaitin əsas hissəsi qeyri-müəyyən səmtlərə sərf olunur».
Bu arada qeyd edək ki, Şair Alxasovun əslən Qusar rayonunun Çətkün kəndindən olduğunu, 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirdiyini, əmək fəaliyyəti dövründə «Azərelektroterm» İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, «Bərpaçı-A» MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışdığını, 2007-ci ildən isə Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, o, rayon ərazisində müxtəlif obyektlərə malikdir:
«Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun gəlir qaynaqları arasında restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlər var. Bildirilir ki, icra başçısı təyin edilməmişdən əvvəl Şair Alxasov Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Bu səbəbdən də o, indinin özündə də əvvəlki peşəsindən əl çəkməyib. Yəni Qusar Rayon İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq, hələ də biznes fəaliyyətini davam etdirir».
Əlavə bilgilərimiz olacaq, qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 19-04-2019, 20:15
-
Dünən, 22:21
Protokol: "Unibank" icra məmurunun tələblərini yerinə yetirməyib - Cərimələnir
-
Dünən, 22:15
Taksilərlə bağlı qərar təxirə düşdü? - AKTUAL
-
Dünən, 22:14
Xarici ölkələrdə istirahət üçün qiymətlər kəskin artdı - Növbəti aylarda...
-
Dünən, 22:12
Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… - Abşeronda narkotiklərə qarşı əməliyyatlar
-
Dünən, 22:09
“Bank of Baku”nun problemli kreditləri 19% artıb – Ən çox şikayət olunan bankdır
-
Dünən, 22:07
"Azərişıq" ASC-nin yarımmilyondan çox vergi vorcu üzə çıxdı
-
Dünən, 22:05
Deputat sayının artması: Proses necə baş verə bilər? - ŞƏRH
-
Dünən, 22:04
Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim"
-
Dünən, 22:01
Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi - Covid peyvəndi yan təsirə malikdir
-
Dünən, 21:58
"Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi - AXI NİYƏ?
-
Dünən, 21:57
"National Prime Hospital"ın BAŞI DƏRDDƏ... - pasiyent maddi ziyanın ödənilməsini tələb edir
-
Dünən, 21:52
Neft Fondu 2 milyard dolları hansı şirkətlərə yatırıb? – Dünyanın ən varlı adamları ilə işbirliyi qurulub
-
Dünən, 21:49
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
-
Dünən, 21:48
"Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ
-
Dünən, 18:33
"Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...
-
Dünən, 18:13
“Azərişıq” ASC-nin tender maxinasiyaları belə ifşa olundu-ŞOK
-
Dünən, 18:12
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - xəstəxana 20 min cərimələndi
-
Dünən, 14:51
Başkəndi başsız sanıb, başından böyük danışanlar – Deputatın rüsvayçı səhvinin səbəbi
-
Dünən, 14:48
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun kimliyi açıqlandı
-
Dünən, 14:45
Daha bir şirkət valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Dünən, 14:41
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!
-
Dünən, 14:02
AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... - FAKT BUDUR!
-
Dünən, 14:01
Rus turistlərin Azərbaycana kütləvi axını başlayır: Hotel qiymətləri BAHALAŞACAQ?
-
Dünən, 13:55
"Leyla Medical Center"də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı - TƏFƏRRÜAT
-
Dünən, 11:24
"MEŞƏ QULDURU" İLQAR QƏRİBOV DƏSTƏSİLƏ ƏHVƏ DÜŞMƏSİ ÜÇÜN MÜKAFAT VƏD EDİB?
-
Dünən, 11:22
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
-
Dünən, 11:03
"Meqastore"də saxta kolbasa satılır? VİDEO
-
Dünən, 10:54
Dövlətdən "oğurlanan" milyonlar və məmur oğlunun dəbdəbəli toyu
-
Dünən, 10:16
Milyonçu Adnan Əhmədzadənin "Rahat market"i işçiləri qula çevirib - Qazidən şok faktlar
-
Dünən, 10:13
AYNA məhkəməyə verildi
{sape_links}{sape_article}