Tərtərdə Xocalıdan olan ailələrlə görüş keçirilib


Xocalı faciəsinin 32-ci ildönümü respublikamızın hər yerində olduğu kimi
Tərtər rayonunda da dərin hüznlə qeyd olunur.
YAP rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan 17
Xocalı ailəsinin 58 nəfər üzvü ilə görüşən Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim Məmmədov Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün
Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu
qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən
dəhşətlisi olduğunu qeyd edib.
Rayon rəhbəri qeyd edib ki, cəmi 44 gün davam edən Vətən müharibsi
Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. 30 il davam edən işğala
son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu qələbə ilə Müzəffər Ali Baş
Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Azərbaycanın yeni tarixinə öz adını əbədi yazdı.
“Qisas qiyamətə qalmadı”-Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün
şəhidlərin, eləcə də xocalıların qisası alındı.
Rayon rəhbəri Xocalıdan olan ailələri dinləyərək, onların problem və qayğıları
ilə maraqlanıb.
Görüşdə Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq
yaedımı edilib.
Xocalılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab
İlham Əliyevə  Birinci vitse-prezident Mehriban xanım Əliyevayaya öz
minnətdarlıqlarını bildirib, yenidən Xocalıya dönəcəkləri günü səbirsizliklə
gözlədiklərini bildiriblər.
 
Tarix: 26-02-2024, 21:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}