Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid Elnur İbrahimovun ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin
deputatı Sahib Alıyevlə birlikdə rayonun Qaradağlı kəndində yaşayan şəhid
İbrahimov Elnur Səxavət oğlunun ailəsini ziyarət edib, onların problemləri və
qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən
müharibəsində  antiterror əməliyyatlarında tərtərli oğulların döyüşlərdə
göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür
yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid
valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra
işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən
söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev  Birinci vitse-
prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və
qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin
problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İbrahimov Elnur
Səxavət oğlu 1990-cı il noyabr ayının 13-də Tərtər rayonunun Qaradağlı
kəndində anadan olub.
Elnur İbrahimov 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhid Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid İbrahimov Elnur Səxavət oğlu döyüşlərdə göstərdiyi igidliyə görə
ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə”
ordeni və “Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhid ailəsinin üzvləri Elnurla bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə və
qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 1-03-2024, 23:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}