Astarada qazi ailələri işıqsız qalıb - VİDEO

Astarada qazi ailələri işıqsız qalıb - VİDEO

Astara rayonu, Şiyəkəran kənd sakinləri Babazadə Yusif Aslan oğlu və Vəliyev Elçin Saleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər kəndin işıq xətlərinin yararsız olmasından şikayətçidirlər. 
“Mən, Babazadə Yusif Aslan oğlu və həmkəndlim Vəliyev Elçin Saleh oğlu, yazaraq sizdən xahiş edirik ki, şikayətimizi dərc edəsiniz.
Bildiririk ki, biz iki qonşu işıqsız qalmışıq. Bizim işıq xətlərimiz ağacların vasitəsilə çəkilmişdir. Bu yaxınlarda gətirib transformator yerləşdiriblər. Bütün kənd sakinləri işıqdan faydalanıb, amma 2 qazi evi işıqsız qalıb.
Astara rayon işıq idarəsi bizim şikayətimizə baxmadığı üçün media vasitəsilə müraciət edirik. İndiki zəmanədə işıqsız ev nə deməkdir?
Üstəlik, ağacların üzərində olan naqillər çox fəsadlar yaradır. Dəfələrlə ciddi təhlükələrin qarşısını almışıq.
Biz iki qazi ailəsi olaraq xahiş edirik ki, müraciətimizi cavabsız qoymayın”. 
Məsələ ilə bağlı Astara Elektrik Şəbəkəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 
Jalə FAMİLQIZI,
Hurriyyet.az

Qeyd: Şikayətçilərin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi təqdim edirik:

 
Tarix: 11-03-2024, 23:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}