Şəmkirdə bəzi çoxmərtəbəli yaşayış binalarının liftləri işləmir - VİDEO

Şəmkirdə bəzi çoxmərtəbəli yaşayış binalarının liftləri işləmir - VİDEO

Şəmkir rayonu, Kür qəsəbəsi, Şəhriyar küçəsi 5 ünvanında yerləşən doqquzmərtəbəli binanın lifti üç ilə yaxındır ki, işləmir.

Xezerxeber.az-ın məlumatına görə, lift var, amma işləmir. Mövcud vəziyyət isə sakinləri çətinliyə salıb.

Sakinlərin dediyinə görə, binanın lift problemi düz üç il əvvəl başlayıb. Həmin vaxta qədər işləyən və istismar müddətini başa vuran lift yenisi ilə əvəzlənib. Amma yeni lift hələ də sakinlərin istifadəsinə verilməyib.

Qəsəbənin Mənzil Təmir İstismar Sahəsindən bildirirlər ki, problemin həlli ancaq sənədləşmə məsələləri ilə əlaqədar yubanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, məsələ araşdırılıb cavab veriləcək.

Qeyd edək ki, qəsəbədə Səməd Vurğun küçəsində yerləşən digər doqquzmərtəbəli bina da liftlə bağlı eyni aqibəti yaşayır.

Ətraflı Xəzər TV-nin süjetində:


Tarix: 13-03-2024, 09:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}