Kopenhagendə atışma: ölən və yaralananlar var

Kopenhagendə atışma: ölən və yaralananlar var Danimarkanın paytaxtı Kopenhagendə baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Kopenhagenin Hörrebru mikrorayonunda baş verib.

Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Ölən və yaralanan şəxslərin kriminal dairələrlə əlaqəli olduğu qeyd olunur.

Yerli mətbuatın xəbərinə görə, kriminal qruplaşmalar arasında davam edən münaqişə səbəbindən son bir neçə ay ərzində 30-dək silahlı insident qeydə alınıb.
Tarix: 1-11-2017, 08:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}