Əfsanəvi boksçu məşhur aktyoru rinqə çağırdı

Əfsanəvi boksçu məşhur aktyoru rinqə çağırdı Peşəkar boks həvəskarları üçün əla xəbər var.
Publika.az xəbər verir ki, sabiq dünya çempionu Corc Formen rinqə qayıtmaq istəyir. O, məşhur aktyor Stiven Siqalı döyüşə çağırıb. Bu barədə Formen “tvitter” səhifəsində yazıb:
“Stiven Siqal, mən sənə çağırış edirəm, təkbətək. Mən boks fəndlərindən istifadə edəcəm, sən nədən istəsən, yararlana bilərsən. Veqasda 10 raund”.
Formen 1968-ci ildə keçirilən olimpiya oyunlarının qalibidir. O, WBA, WBC, İBF versiyalarında dünya çempionudur.
65 yaşlı Siqal isə aykido üzrə 7-ci dana sahibdir. O, hələ Formenın çağırışına cavab verməyib.
Tarix: 3-10-2017, 21:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}