"Milla xamaları sürətlə bahalaşır, nə baş verir?"
"Milla xamaları (20%-lik, 300 q) sürətlə bahalaşır. Yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb"

Bu sözləri iqtisadçı Samir Əliyev sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, dekabrda yanvar ayı ilə müqayisədə bu xamanın qiyməti daha ucuz olub: "Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. Bir sözlə, son 1-2 ayda bu YERLİ məhsullar təxminən 35% bahalaşıb. Bu, hələki bir məhsul növü üzrədir. Yəqin ki, digər məhsullarda da bahalaşma var. Nə baş verir? Dollar bahalaşmayıb. Bəlkə vergi qanunvericiliyinə edilmiş dəyişiklikə bağlıdır? Hər halda araşdırılmalı mövzudur".

Ekspert bildirib ki, məlumat daimi müştərisi olduğu "Bizim market" supermarketinin qiymətləri əsasında hazırlanıb.