Rus oliqarx Kremli və ordunu yıxıb-sürüdü: "Generallar görsün ki..."


Rusiyalı milyarder, “Tinkoff” Bankın qurucusu Oleq Tinkov Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxıb.
Siam.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rusiyanın ən zəngin adlarından biri, Qərbin sanksiya siyahısında olan rus oliqarx Oleq Tinkov İnstaqram hesabından verdiyi açıqlamada Kremlin Ukraynaya müdaxilə qərarını səhv adlandırıb.
Rus xalqının əksəriyyətinin Ukraynadakı müharibəyə qarşı olduğunu deyən 54 yaşlı Tinkov əlavə edib ki, bu çılğın müharibədən bir nəfər də olsun faydalanan görmür: “Əvəzində günahsız insanlar və əsgərlər ölür. Əlbəttə ki, Z hərfləri çəkən axmaqlar var, lakin hər ölkənin 10 faizi axmaqdır. Rusların 90 faizi müharibənin əleyhinədir”.
Tinkov daha sonra qeyd edib ki, Kreml rəsmiləri onların və ya uşaqlarının bu yay Aralıq dənizinə gedə bilməyəcəklərindən şokdadırlar: “İş adamları öz əmlaklarından qalanları xilas etməyə çalışırlar”.
Rusiyadakı “qohumbazlığı və yaltaqlığı” tənqid edən Tinkov deyib: “Səhər ayıq başla dura bilməyən generallar indi gördülər ki, onların ordusu necədir”.
Daha əvvəl Rusiyadan köçən Tinkov mesajının sonunda ingiliscə “Əziz Qərb, lütfən Putinə bir çıxış yolu verin ki, daha da rüsvay olmasın və bu qətliamı dayandırsın. Xahiş edirəm daha rasional və humanist olun”, - yazıb.
Tarix: 20-04-2022, 16:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}