İstanbul Konstantinopol deyil!



Noyabrı və amerikalıların Şükran Gününü heç sevməmişəm
“Türkiyə Turkey deyil” başlıqlı son yazımda 1953-cü ildə Kanadanın “The Four Lads” vokal qrupunun ifa etdiyi “İstanbul (Not Constantinople)” mahnısına istinad etmişdim. Çoxlu qiymətləndirmələr və şərhlər aldığım üçün məqaləm diqqət çəkdi. Hətta mahnının 1928-ci ildə Paul Whitemanın "Konstantinopol" mahnısına qarşı Atatürk tərəfindən sifariş edildiyi iddia edilir. Araşdırdım, çox yerdə oxudum ki, bu, tarixçilər tərəfindən əsassızdır.
Düzdür, "İstanbul Is Not Constantinople" mahnısı Pol Uaytmanın bəstəsi əsasındadır. 1953-cü ildə ifa olunan mahnının sözləri Cimmi Kennedi, bəstəsi isə Net Simona aiddir. “İstanbul (Konstantinopol deyil)” 18 həftə ilk 10-luqda qaldı. O dövr üçün yaxşı nailiyyətdir. Mahnı məşhurlaşdıqdan sonra bu günə kimi bir çox solistlər və qruplar tərəfindən oxunub, duet də edilib. Tərzinə görə şouların vazkeçilməz hissəsinə çevrilib.
Məsələn, Bing Crosby və Elle Fitzgerald dueti bir müddət bu mahnı ilə səhnəyə çıxdı. Canlı performansda "The Duke's Men Of Yale" həmişə eyni il turunda bu mahnını səsləndirdi. Növbəti il Katerina Valente və Frankie Vaughan əsəri ifa etdilər. Dario Moreno fransız versiyasını oxudu. Cocka İsraelsson və Systrarna Rosemblom həmin il mahnını İsveç dilində ifa etdilər.
Lakin “The Four Lads”dan sonra ən çox diqqət çəkən “They Might Be Giants”' qrupunun 1990-cı ildəki ifası oldu. Uzun müddət “İstanbul (Konstantinopol deyil)” siyahıdakı zirvəsindən enmədi.
Bir italyan dostum xatırlatdı ki, məşhur italyan müğənnisi Renato Karasone bu mahnını 1954-cü ildə Neapolda ingilis dilində oxumuşdu. Yeri gəlmişkən, 1970-ci ildə Sevinc Tevs bu mahnını “İstanbul” adı ilə repertuarına daxil edib. “You Tube”da “İstanbul (Konstantinopol deyil)” mahnısını oxuyanları tapıb dinlədim. Qəribədir ki, əsəri məşhur səyyah və musiqiçi Ayhan Sicimoğlunun orkestri ilə fransızca oxuyan qızı Ayşə ilə rastlaşdım.
"İstanbul Is Not Constantinople" film musiqisinə də çevrildi. Xüsusilə, Culiya Robertsin baş rolda oynadığı “Mona Liza təbəssümü”ndə xeyli məşhurluq qazandı.
“İstanbul (Konstantinopol deyil” mahnısı İstanbulun fəthinin 500-cü ildönümü münasibətilə bəstələnib. Müəllif türklərin bunu istədiyini və Konstantinopol adının dəyişdirilərək İstanbula çevrildiyini hörmətlə ifadə edərək, misal kimi Nyu-Yorkun əvvəlki adının Nyu-Amsterdam olduğunu xatırladıb. Bu axıcı və melodik mahnı idi. Tezliklə onların beynində yerləşdi.
1958-ci ildə biz ailəlikcə Romaya köçdük. Amerika məktəbinə yazıldım və arzuolunmaz “Turkey” macəram başladı. Bildiyiniz kimi Türkiyənin ingiliscə qarşılığı “Turkey”dir. Bu da “hindquşu” anlamını verir.
Amerikalılar Şükran Günündə hindquşu yeyirlər. Bu, ənənədir. Noyabrı və Şükran Gününü heç sevməmişəm. Çünki “Gəlin, Rehanı bişirək” zarafatları ifratı keçirdi. Həmyaşıdlarımdan hündür idim. Ona görə adımı “Turkey legs”, yəni “Hindquşu ayaqları” deyə çağırırdılar.
1990-cı ildə "The Might Be Giants" qrupu "İstanbul Not Constantinople" mahnısını müasir formada ifa etdi. Düşündüm ki, əgər biz türklər Konstantinopol adını dəyişib İstanbul qoymuşuqsa, niyə də Turkeyi Türkiyə kimi beynəlxalq aləmə yaymayaq?!
Yaşım keçdikcə Türkiyə ilə bağlı nadir zarafatlar mənim üçün daha da çətinləşirdi.
Nəhayət, bizim təşəbbüsümüz və BMT-nin təsdiqi ilə Turkey adı Türkiyə oldu və bütün dünyada qeydiyyata alındı. Etiketlərdə “Made in Turkey” yazısı artıq keçmişdə qalıb. Biz türkük, Türkiyəyik, mahiyyətimizə, ölkəmizə yaraşan bənzərsiz adımız Türkiyədir.
Müəllif: Reha Erus
Mənbə: "cnnturk.com.tr"
Tərcümə AYNA
Tarix: 19-06-2022, 08:33




Xəbər lenti

{sape_links}{sape_article}