Dünyanın ən güclüləri: Azərbaycanın nə qədər hərbi təyyarəsi var? - SİYAHI



Dünyanın ən güclü hərbi hava qüvvələrinə malik ölkələrini araşdıran “Global Firepower” 2022-ci il hesabatını açıqlayıb.

Siam.az teleqraf.com-a istinadla xəbər verir ki, hesabat 142 ölkəni əhatə edir.

Dünyanın ən güclü hava qüvvələrinə malik ölkələrinin siyahısında sonuncu yerdə Somali (0), birinci pillədə isə ABŞ qərarlaşıb.

Hesabata görə, Azərbaycan Hərbi Hava Qüvvələri Cənubi Qafqazın ən güclüsüdür. 86-cı yerdə qərarlaşan Ermənistanın arsenalında 64, ondan iki pillə irəlidə olan Gürcüstanın isə 66 hərbi təyyarəsi var.

İki qonşusunu xeyli fərqlə geridə qoyan Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında 149 hərbi təyyarənin olduğu bildirilib.

“İlk onluq”a daxil olan ölkələr isə belədir:

Fransa - 1055 hərbi təyyarə

Türkiyə - 1057 hərbi təyyarə

Misir - 1062 hərbi təyyarə

Pakistan - 1387 hərbi təyyarə

Yaponiya - 1449 hərbi təyyarə

Cənubi Koreya - 1595 hərbi təyyarə

Hindistan - 2182 hərbi təyyarə

Çin - 3285 hərbi təyyarə

Rusiya - 4173 hərbi təyyarə

ABŞ – 13 247 hərbi təyyarə.

Tarix: 13-07-2022, 17:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}