“Artıq yadplanetlilər buradadır...” - Nazim Əhmədli


“Əlbəttə ki, yadplanetlilər realdır. Onsuz da ABŞ-da “51-ci zona”da yadplanetlilərin bazaları var. Kim nə deyir-desin, bizim planetin də yerləşdiyi Süd Yolu qalaktikasında haradasa 400 milyarddan çox ulduz var. Amma 700-800 milyarddan çox qalaktikalar mövcuddur. Bunların içərisində də fərqli mədəniyyətlər və yüksəkağıllılar var. Ona görə də bunların hamısı real ola bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ufoloq, şair-publilist Nazim Əhmədli deyib. O, ABŞ-da vurulan naməlum cisimdən, habelə yadplanetlilərin mövcudluğundan söz açıb.
Ufoloq iddia edib ki, zaman-zaman bu məsələləri bəşəriyyətdən gizlədiblər, amma nə qədər gizlətsələr də, üzə çıxıb:
“Yadplanetlilərin Yer kürəsindəki insanlarla əlaqə saxlamağı hələ ki mümkün deyil. Çünki onlar yüksək ağılla hər şeyi gizlədirlər ki, etdikləri yayılmasın”.
N. Əhmədli bəyan edib ki, Yer kürəsindəki bəşəriyyət hələ də yad varlıqları dərk etmir:
“Ona görə də onlar hələ də üzə çıxmayıb. Amma yadplanetlilər buradadırlar. Dənizlərin, dağların altındadırlar, heç haradan gəlmirlər, burada bazaları var. Təbii ki, bu, ehtimal da ola bilər, reallıq da.
Reallıqda o qədər hadisələr olur ki... Sovet dövründə hər şeyi gizlədirdilər, amma indi müasir dövrdür, sosial şəbəkələr var. Bütün dünya hər şeydən məlumatlıdır”.
O, xatırladıb ki, bəşəriyyətdə milyardlarla sivilizasiyalar mövcuddur:
“Onlar gəlib-gedirlər, amma özlərini büruzə vermirlər. Mən tələbə olarkən Moskvada Ufoloqlar Cəmiyyətinə gedirdim. Oradakı müəllimimiz sübutlarla göstərirdi ki, yadplanetlilər var”.
“Axı kim deyir ki, bu boyda kainatda əlverişli tək planet Yerdir? Bu yalan söhbətdir. Onlar hər yerdə varlar. Hətta Qurani-Kərimdə də yazılıb ki, Allah bütün aləmlərin rəbbidir. Yer kürəsində də aləm var, bitkilər, heyvanlar, amma Qurani-Kərim bunu nəzərdə tutmayıb. Orada aləmlərdən söz gedir. Yəni kainat böyük bir harmoniyadır, bir-birilə bağlıdır. Təbii ki, yadplanetlilər də, onlardan da yüksək ağıllılar var. Hətta onlar olmasa, Yer kürəsi çoxdan məhv olardı. Çünki bizdən də ali sivilizasiyalar var ki, onlar kainatda, səmada doludurlar. Onlar canlı qüvvələri ilə gələnlərin qarşısını alırlar. Çünki Yer kürəsinə həyatı onlar gətiriblər” – yekunlaşdırıb.
Tarix: 13-02-2023, 15:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}