İlin 300 günü yumurtlayan toyuqlar - VİDEO

İlin 300 günü yumurtlayan toyuqlar - VİDEO
Mingəçevir sakini olan İldırım Hacıyev 10 ilə yaxındır müxtəlif növ quşlar bəsləyir. Əvvəllər yerli cins toyuqlara üstünlük versə də, son illər bunun səmərəli olmadığını görərək xarici cinslər hesabına quşların sayını artırmaq qərarına gəlib.

Hazırda o təsərrüfatında avstroloq, brama cinsindən olan toyuqları, dörd növ bildirçin, qırqovul və digər quşlar saxlayır.

Təsərrüfat sahibi bildirir ki, yerli toyuqlar xarici cins toyuqlarla gün ərzində eyni ölçüdə yemlənsə də, sonuncuların çəkisi daha artıq olur. Avstroloq toyuq cinsinin fərəsi 4-4.5 kiloqram, xoruzu isə 5-6 kiloqramadək böyüyə bilir. Bu da yerli toyuqlardan iki dəfə artıq çəki deməkdir. Həmçinin fərələri 365 günün demək olar ki, 300 gününü yumurtlayır. Onların təzə çıxmış cücəsini üç, fərəsini 40-45, xoruzunu isə 50 manata satmaq mümkündür.
Ətraflı Baku TV-nin süejtində:


Tarix: 18-12-2023, 17:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}