Şəriətə əsasən seyid olan şəxslərə sədəqə verilməz... Bunun səbəbi məlumdurmu?..

Şəriətə əsasən seyid olan şəxslərə sədəqə verilməz... Bunun səbəbi məlumdurmu?..
"Allah-Taala peyğəmbər nəslindən olanların maddi ehtiyac üzündən insanlardan asılı olmaması və əskilməməsi üçün onlara sıravi insanlardan sədəqə və zəkat almağı qadağan etmişdir..."
Şəriət baxımından seyyidlərlə seyid olmayanlar müəyyən fərqli cəhətlərə malikdirlər. Seyidlik hər şeydən əvvəl Allah qarşısında böyük bir məsuliyyətdir. Bununla yanaşı, Allah-Taala peyğəmbər nəslindən olanların maddi ehtiyac üzündən insanlardan asılı olmaması və əskilməməsi üçün onlara sıravi insanlardan sədəqə və zəkat almağı qadağan etmişdir. Bildiyimiz kimi, Ramazan ayının sonunda ödənilən fitrə zəkatını da fəqir seyidlər yalnız seyidlərdən ala bilərlər, seyid olmayan şəxsin seyidə fitrə zəkatı verməsi qadağandır. Allah-Taala seyidlərin hörmətini qorumaq üçün onlara digər dini vergi növü olan xümsdən pay ayırmışdır. Müsəlmanlar xümsün yarısını seyidlərə verməlidirlər. Bu şəriət hökmü seyidləri nəinki əskiltmir, əksinə, onlara imkan verir ki, öz ehtiramlarını qoruyaraq xüms malını təhvil alsınlar. Çünki müsəlmanlar xümsü onlara minnətlə yox, vacib olan şəriət hökmünün icrası kimi verirlər...
 
Islam.az

Tarix: 23-12-2023, 09:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}