"Qara çərşənbə axşamı": Məyusedici PROQNOZLAR - 2024-cü ildə nə baş verəcək?


Bir çox məşhur görücünün proqnozlarına görə, gələn il bəşəriyyəti ciddi sınaqlar gözləyir.
Lent.az xarici mediaya istinadən Vanqa, Nostradamus və volf Messinqin 2024-cü il üçün nə proqnozlaşdırdıqlarını xəbər verir.
2024-cü ildə bəşəriyyəti nə gözləyir?
Bolqar görücü Vanqa 2024-cü ildə ABŞ-da ciddi iqtisadi böhranın başlayacağına və tarixə “Qara çərşənbə axşamı” kimi düşəcəyinə inanır.
Görücü həmçinin Sakit okeanda güclü zəlzələ və Çində daşqınların olacağını proqnozlaşdırıb.
Fransız astroloq Mişel Nostradamus da genişmiqyaslı təbii fəlakətləri proqnozlaşdırıb.
Proqnozlarına görə, dünya okeanının səviyyəsinin artması nəticəsində bir çox sahil bölgəsi su altında qalacaq.
Sovet mentalisti Volf Messinq 2024-cü ildə Üçüncü Dünya müharibəsinin başlayacağına inanır.
Onun proqnozlarına görə, dağıntılar fəlakətli olacaq, bir milyarddan çox insan öləcək.
Tarix: 27-12-2023, 16:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}