Deputatların maaşı qaldırılmalıdır – Onlar bu şəraitə layiq deyillər

Siam.az Kulis.az-a istinadla Rəna Nevzatın «Deputatların rifahı» adlı yeni yazısını təqdim edir.
Bərk külək əsir.
Adamlar iməkləyə-iməkləyə gəzir.
Bu azmış kimi, Siyavuş Novruzov da qayıdıb ki, bəs deputatların maaşı kreditə gedir.
Açığı, çox kövrəldim.
Mən bilməzdim ki, bizi təmsil eləyən, hər problemimizin üstündə yarpaq kimi əsən millət vəkillərimiz bunca ağır, məşəqqətli şəraitdə yaşayırlar.
Mən də soyuducuda — qabın dibində qalan yağın, pendirin dərdini özümə yük eləyirəm.
İnsanlar necə çətinliklə dolanırlarmış…
Mən onsuz da deputatlarımızın baxışlarından, gözlərindən sezirəm o fədakarlığı, cəfakeşliyi.
Onlar hər şeyə bizə görə dözürlər, əzizlərim.
Asan deyil, vallah, asan deyil.
Qıraqdan baxanda döyüş asan görünür.
Biz onların bir gününü yaşaya bilmərik.
Ona görə də gəlin bir az anlayışlı olaq. Bizi düşünən insanları biz də düşünək.
Siyavuş Novruzovun üsyanı məni ayıltdı.
Ətrafımdakı hadisələri çək-çevir eləmək şansı verdi mənə.
Müşahidə eləyəndə görürəm ki, hər şeydən narazıyıq. Qazananımız da, qazanmayanımız da.
Baxın, restoranlar, kafelər adamla doludur.
Hələ mən MALL-ları, brend məhsullar satan mağazaları demirəm.
Əynindəki paltarların qiyməti kim bilir neçəyədi, amma yenə də narazıdı.
Nədən?
Kimdən?
Elə deyir ki, çıxıb gedəcəm e, bu xarabadan.
Sən kimsən ki, bunca ləyaqətli insanların canından keçdiyi məmləkətimizə “xaraba” deyirsən?
Hansı cəsarətlə?
Ayıb deyil?
Kim ki narazılıq eləyir, elə ən yaxşı yaşayanlar da onlardır, inanın.
Hər il nə qədər binalar ucaldılır. Kim alır onları? Kim yaşayır o evlərdə?
Bu ölkədə hər kəs istedadına, bacarığına görə qazanır.
Kasıbsan, çünki bacarığın yoxdur.
Deputatlarımızın isə çoxu ali təhsilli, savadlı, dünyagörüşlü adamlardır.
Onlar ölkə üçün ən çox çalışan, ölkəmizin daha da rövnəqlənməsi üçün əllərindən gələni əsirgəməyən adamlardır.
Əlbəttə ki, onlar indiki yaşadıqları kimi yaşamağa layiq deyillər, bu şəraitə layiq deyillər.
Yaxşı ki, cəmiyyətin aydınları, əli qələm tutanlar millət vəkillərimizin yanındadır: güruhla deputatlarımızın arasına divar kimi hörülüblər.
Əminəm ki, onlar bu ağır sınaqdan da üzüağ, alnıaçıq çıxacaqlar.
Millət vəkillərimiz hərtərəfli fəaliyyətləri ilə bunu dəfələrlə sübut ediblər.
Biz onların daha yaxşı şəraitdə yaşamaları üçün əlimizdən gələni etməliyik.
Yadıma gəlir, verilişlərin birində Siyavuş Novruzovdan soruşmuşdular ki, ən çox tənqid olunan deputatlardan birisiniz. Bu nə ilə əlaqədardır?
O da heç tövrünü pozmadan cavab vermişdi:
— Həqiqəti səsləndirdiyimə görə.

O, yenə buna görə tənqid olunur.
Ancaq necə deyərlər, haqq nazilər, əyilməz.kulis
 Rəna Nevzatın «Deputatların rifahı» adlı yeni yazısını təqdim edir.

Ancaq necə deyərlər, haqq nazilər, əyilməz.
Tarix: 28-12-2023, 21:24
Xəbəri paylaş

Xəbər lenti

{sape_links}{sape_article}