“Xaricdə oxumuş həkimlərin maaşına 5 min manat əlavə müəyyən olunub” – TƏBİB-in icraçı direktoru



“Xaricdə təhsil almış həkim- mütəxəssislərin maaşlarına 5000 manat həvəsləndirici əlavələr müəyyən olunub”. Bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov AZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, bu addım tibb müəssisələrinin yüksək ixtisaslı həkimlərlə təmin edilməsi məqsədilə atılıb.
 
V. Qurbanovun sözlərinə görə, bu günə kimi də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulunu aparırlar: “Bu proqram çərçivəsində cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunub. Bunlar hamısı həvəsləndirici məqsədlərlə edilir. Xaricdə təhsil almış, hətta orada yaşayan mütəxəssislərimiz də görür ki, artıq ölkəmizdə yeni imkanlar yaradılır. İnanıram ki, yaxın gələcəkdə ölkəmizə gəlib işləyən həkimlərimizin sayı daha da artacaq”.
 
V. Qurbanov qeyd edib ki, bu yaxınlarda deyilən problemə həsr edilmiş Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunu keçirlib. Dünyanın 13 ölkəsindən 120-dək həkim-mütəxəssisi Azərbaycana dəvət olunub. “Onların hər biri ölkəmizdə səhiyyə sahəsində aparılan işlərlə tanış oldular, bir daha yenilikləri, yaradılmış şəraiti öz gözləri ilə gördülər. Növbəti il də biz bu cür tədbirlərimizi davam etdirməyi, kadr siyasətimizi gücləndirməyi düşünürük”.
Tarix: 31-12-2023, 08:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}